Jurnalist Əfqan Sadıqov 30 günlük həbs edilib (yenilənib)
Bakı/27.11.18/Turan: Jurnalist Əfqan Sadıqov Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 günlük həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova vəkil Cavad Cavadova istinadla bildirib.
O qeyd edib ki, həyat yoldaşı qanun pozuntusuna yol verməyi, yalnız şəhid ailələrinin Prezident Administrasiyası qarşısındakı etiraz aksiyasını müşahidə edib.
Həbs qərarından şikayət veriləcək. -0-
* * *
2018 Noyabr 27 (Çərşənbə axşamı) 18:30:57
Jurnalist Əfqan Sadıqlı saxlanılıb
Bakı/27.1.18/Turan: Azel.TV online resursun baş redaktoru Əfqan Sadıqlı bu gün Prezident Administrasiyasının binası yanında saxlanılır. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib.
Onun gözlərinin qarşısında mülki şəxslər jurnalisti saxlayıblar və heç bir açıqlama vermədən maşına oturdaraq naməlum istiqamətə aparıblar.
Sonradan məlum olub ki, Əfqanı Səbayel rayonu 9-cu polis bölməsinə aparıblar. S.Sadıqova oraya getdiyində ona deyiblər ki, Əfqanı Rayon Polis İdarəsinə aparıblar. Lakin Rayon Polis İdarəsində Əfqanın orada olmadığını deyiblər.
Qeyd edək ki, bundan 2 saat öncə Ə.Sadıqlı Facebook-da şəhid ailələri üzvlərinin Prezident Administrasiyasının qarşısındakı aksiyasından birbaşa reportaj aparıb.
Bu ilin yayında Ə.Sadıqlı 30 sutkalığa inzibati həbsə məruz qalmışdı.
Bu ilin mayında xuliqanlıq ittihamı ilə bir il yarımlıq həbs cəzasından sonra azad edilib.
Jurnalist ittihamları rədd edərək bildirib ki, onu Cəlilabad rayonunun keçmiş rəhbərliyini tənqid etdiyinə görə həbs ediblər.-16D-
-
- Mədəniyyət
- 27 Noyabr 2018 17:11
-
- Cəmiyyət
- 27 Noyabr 2018 18:45
Cəmiyyət
-
Milli Hidrometeorologiya Xidməti 27 yanvar tarixində Azərbaycanın ərazisində dəyişkən hava şəraiti olacağını proqnozlaşdırır.
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
Rəy yaz