Açiq mənbələrdən foto.
Çernoqoriya Azərbaycan vətəndaşları üçün sərhədləri açdı
Bakı/04.08.20/Turan: Çernoqoriya hökuməti yanında Milli Əlaqələndirmə Şurası (MƏŞ) Azərbaycanı vətəndaşlara karantin şərtlərinə əməl etmədən ölkəyə gedişinə icazə verilən ölkələrin siyahısına daxil edib. Epidemioloji cəhətdən təhlükəsiz dövlətlərin “yaşıl siyahısı”na Rusiya da daxil edilib.
Xatırladaq ki, iyunun 1-dən Çernoqoriya hakimiyyəti məhdudiyyət tətbiq edib, 100 min əhaliyə 25-dən çox koronavirus xəstəsi düşən ölkələrin vətəndaşları üçün girişi qadağan edib.
Daha sonra “yaşıl ölkələr” siyahısı müəyyən edilib. Siyahıya Avropa İttifaqı ölkələrinin əksəriyyəti və digər 40-a yaxın dövlət, həmçinin “sarı ölkələr” (bu ölkələrin vətəndaşları giriş üçün testdən keçməlidirlər) daxildir. -02D-
-
- Siyasət
- 4 Avqust 2020 13:08
Siyasət
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
Rəy yaz