Açiq mənbələrdən foto.
Fransada blogger Məhəmməd Mirzəlinin həyatına qəsd edilib
Bakı/14.03.21/Turan: Martın 14-də bir blogger və siyasi mühacir Məhəmməd Mirzəlinin Fransada həyatına qəsd edildi. Azərbaycan diasporundakı mənbələrdən Turana bəlli oldu ki, naməlum şəxs ona bir neçə bıçaq xəsarəti yetirib və qaçıb.
Blogger ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis araşdırma aparır.
Mirzəli bir neçə ildir sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidi reportajlar dərc etməsi ilə tanınır. Hakimmiyyət onu susdurmaq üçün dəfələrlə cəhd ediblər, amma bu nəticə verməyib.
Belə ki, üç il əvvəl onun atası qaçırıldı, bir həftə əvvəl isə bacısının şəxsi həyatı ilə bağlı bir video yayıldı. Mirzəli, ondan tənqidi reportajları dayandırmağı tələb olunduğunu deyir, əks halda video geni yayılacaq.
2020-ci ilin oktyabrında da Mirzəlinin həyatına qəsd edildiyi bildirilir, həmçinin Azərbaycan parlamentinin yüksək vəzifəli nümayəndəsinin ona təhdid dolu SMS göndərdiyi bildirilir. Bütün bu təhdidlərə baxmayaraq, blogger ölkə rəhbərliyini tənqid etməyi dayandırmayacağını söylədi. -02D-
-
- Cəmiyyət
- 14 Mart 2021 18:37
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz