Açiq mənbələrdən foto.
Azərbaycanla Qazaxıstan arasında ikitərəfli sazişlər paketi imzalanıb
Bakı/24.08.22/Turan: Avqustun 24-də Bakıda Azərbaycan və Qazaxıstan prezidentlərinin danışıqlarının yekunlarına əsasən Kasım-Jomart Tokayev və İlham Əliyev Qazaxıstanla Azərbaycan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalayıblar.
Həmçinin 2022-2026-cı illər üçün ölkələr arasında əməkdaşlığın inkişafı üzrə kompleks proqram imzalanıb.
Bundan əlavə, aşağıdakı sənədlər imzalanıb:
Qazaxıstan və Azərbaycan hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş;
İki ölkə Xarici İşlər nazirlikləri arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planı;
İki ölkənin Mədəniyyət nazirlikləri arasında mədəni əməkdaşlıq proqramı;
Türkestan və Şuşa şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələrinin qurulması haqqında protokol;
Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi və Azərbaycan Medianın İnkişafı Agentliyi arasında qarşılıqlı anlaşma memorandumu;
Qazaxıstan Rəqəmsal inkişaf və Aerokosmik Sənaye Nazirliyi və Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu;
Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi və Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu. 02D
-
- Siyasət
- 24 Avqust 2022 15:59
Siyasət
-
2025-ci ilin yanvarın 20-24-də İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumunun (WEF) illik iclası "İntellektual Əsr üçün Əməkdaşlıq" mövzusu altında 130-dan çox ölkədən 3,000-ə yaxın lideri toplayacaq və artan qeyri-müəyyənlik dövründə dialoqun zəruriliyini vurğulayacaq.
-
Kaspian dənizində yerləşən Şahdəniz yatağının “Alpha” hasilat platformasından Sangəçal terminalına kondensat daşıyan sualtı boru kəmərinin təmiri bu həftənin sonuna qədər uzana bilər, məlumatlı mənbələrə istinadən Turan xəbər verir.
-
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsi-2025-də iştirak edib. Dünyanın liderlərini, siyasətçiləri və sənaye pionerlərini bir araya gətirən bu sammit, dövrümüzün ən vacib məsələləri üzrə müzakirələr üçün bir platforma yaratdı.
-
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi altında keçirilən Abu Dabi Dayanıqlı İnkişaf Həftəsi (ADSW) 2025 yanvarın 12-də qlobal dayanıqlı inkişaf problemlərinin həlli və transformativ dəyişikliklərin təşviqinə diqqət yetirməklə başladı.
Rəy yaz