ABŞ Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Vaşinqton/27.01.23/Turan: ABŞ bu gün Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pisləyir, TURANın Vaşinqton müxbiri xəbər verir.
“Biz Prezident Əliyevin bu zorakılıqla bağlı tez bir zamanda araşdırılması çağırışına qoşuluruq. Bu gün ölən və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib.
“Hər yerdə diplomatlara və ya diplomatik obyektlərə hər hansı bir hücum qəbuledilməzdir”, Prays qeyd edib.
“Biz İran hökumətinə İranda Xarici Diplomatların Müdafiəsi üzrə Cenevrə Konvensiyasına uyğun olaraq üzərinə düşən məsuliyyəti xatırladırıq”, - bəyanatda deyilir. -0-
-
- Siyasət
- 28 Yanvar 2023 10:40
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz