Açiq mənbələrdən foto.
Bir qrup AŞPA deputatı yenidən Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi təşəbbüsü irəli sürüb
Bakı/23.10.23/Turan: İyirmi dörd AŞPA deputatı Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edilməsi təklifi irəli sürüb.
İsveçrəli deputat Sibel Arslanın təşəbbüsü ilə hazırlanmış müvafiq vəsatəti Avstriya, Böyük Britaniya, Kipr, Almaniya, Portuqaliya, İspaniya, Belçika, Rumıniya, İrlandiya, Türkiyə, İtaliya, Yunanıstan, Moldova və İslandiyadan daha 23 deputat dəstəkləyib. Bu barədə Turan-a Avropa Şurasında tərəfdaş statusuna malik olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru, hüquq müdafiəçisi Emin Hüseynov bildirib.
"Azərbaycanda siyasi motivli təqiblərin araşdırılması zərurəti" adlı sənəddə "2023-cü ildə azərbaycanlı jurnalistlərə, həmkarlar ittifaqı fəallarına, ekoloji fəallara, müxalifətçilərə və vicdan məhbuslarına qarşı repressiyaların güclənməsi ilə bağlı narahatçılıq" ifadə olunur.
Ötən 12 ayda Azərbaycanda 99 nəfər olan siyasi məhbusların sayı iki dəfə artaraq, 200 nəfəri keçib.
Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar hər zaman olduğundan daha aydın görünür və bu, tənqidi səslərin qorxudulmasının və susdurulmasının əsas aləti olaraq qalır, deyə sənəddə bildirilir.
"Korrupsiyaya qarşı mübarizə sahəsində məşhur ekspert, iqtisadçı və müxalifətçi Qubad İbadoğlunun özbaşına həbsi, onun səhhətinin gündən-günə pisləşməsi" xüsusi olaraq qeyd edilir.
Daha bir "açıq-aşkar" siyasi motivli həbs kimi Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin işi göstərilib. O, 2022-ci ilin dekabrında "sadəcə olaraq Azərbaycanda insan hüquqları və demokratiya sahəsində Avropa Şurasının dəyərlərinin təşviqi üçün qrantlarından istifadə etdiyi Avropa Demokratiya Fondu ilə əməkdaşlığına görə" qondarma ittihamla həbs edilib.
"Parlament Assambleyası artan siyasi məhbus problemini araşdıracaq məruzəçi təyin etməlidir. Assambleya Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasına riayət etməyə və insan hüquqlarının pozulmasına son qoymağa, habelə bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırmalıdır", deyə bəyanatda qeyd edilir.
AŞPA artıq iki dəfə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatlara baxıb.
2013-cü ildə Kristof Ştrasserin məruzəsi qəbul olunmayıb, lakin 2020-ci ildə AŞPA Sunna Evardsottirin hesabatı əsasında hazırlanmış qətnaməni qəbul edib. Bu sənəddə Azərbaycan hakimiyyətinə bütün siyasi məhbusları dərhal azad etmək çağırışı yer alırdı.
Hazırda Evardsottir bütün AŞ ölkələrində siyasi məhbuslar üzrə baş məruzəçidir.
24 deputatın təşəbbüsü AŞPA Daimi Komitəsi və Bürosu tərəfindən təsdiq olunmalıdır, bundan sonra Assambleyanın müvafiq komitəsi məruzəçi təyin edəcək. 06В
-
- İqtisadiyyat
- 23 Oktyabr 2023 15:06
-
- Siyasət
- 23 Oktyabr 2023 15:47
Siyasət
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
Rəy yaz