Ned Price
ABŞ növbəti dəfə Bəxtiyar Hacıyevin işilə bağlı narahatlığını bildirib
Vaşinqton/28.02.23/Turan: ABŞ növbəti dəfə fəal Bəxtiyar Hacıyevin işilə bağlı Azərbaycana narahatlığını bildirib.
"Bu, bizim azərbaycanlı tərəfdaşlarımızla birbaşa əməkdaşlıq etdiyimiz bir işdir", - brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Turan-ın Vaşinqtondakı müxbirinin sualına cavabında deyib.
"Bütün dünyada biz universal hüquqların tərəfdarıyıq... – fikrin ifadə olunması azadlığı hüququ universal bir hüquqdur. O, ancaq müəyyən ölkələrdəki adamlara şamil edilmir. ... Bu, bütün dünyada adamlara tətbiq olunan hüquq və prinsipdir. Hər dəfə universal hüququn sistematik olaraq və ya konkret hallarda təhlükə altında olduğunu gördükdə, tərəddüd etmədən bu narahatlıqla bağlı məsələ qaldırırıq".
Azərbaycana gəlincə, Prays qeyd edib: "Biz bu narahatlıqları azərbaycanlı tərəfdaşlarımızla açıq və fərdi qaydada qaldırdıq".
Bundan öncə ABŞ Dövlət Departamenti, senatorlar Durbin və Kardin iki dəfə Bəxtiyar Hacıyevi azad etməyə çağırıblar. Keçmiş dövlət katibi Hillari Klinton da onun müdafiəsinə qalxıb.
Dekabrın 9-da "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik" ittihamı ilə həbs olunan Bəxtiyar Hacıyev 50 gündən çoxdur ki, aclıq edir və onun səhhətinin kritik vəziyyətdə olduğu bildirilir. 0
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz