Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırıb
Bakı/22.03.23/Turan: Çərşənbə axşamı Ağ Ev Azərbaycan və Ermənistanı "eskalasiyanı azaltmağa" çağırıb, Turan-ın Vaşinqton müxbiri xəbər verir.
"Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq... Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyin azaldılması və zorakılığa son qoyulması üçün müvafiq addımlar atmasını istəyirik", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərin Administrasiyanın davam edən münaqişə ilə bağlı mövqeyi nədir sualına cavabda deyib.
Eyni zamanda, o, ABŞ-ın Qarabağ bölgəsində 2000 rus hərbçisinin olmasından narahat olub-olmaması ilə bağlı sualı şərh etməyib.
Kirbinin şərhləri dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə danışıqlarından sonra, iki ölkənin liderlərinə sülh danışıqlarının asanlaşdırılmasında ABŞ-ın dəstəyini təklif edəndən sonra verilib.
Öz növbəsində Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib ki, dövlət katibi ABŞ-ın münaqişənin həllinə sadiqliyini bir daha təsdiqləyib.
Turan-ın müxbirinin Blinkenin prezident Əliyevlə söhbəti zamanı insan haqları məsələsini qaldırıb-qaldırmadığı sualına Patel cavab verdi ki, o, danışıqların təfərrüatlarını bilmir, “amma insan haqları bizim bütün tərəfdaşlarımızla, o cümlədən Cənubi Qafqazda mütəmadi olaraq qaldırdığımız bir məsələdiR”, - deyə o bildirib. -0-
-
- Siyasət
- 22 Mart 2023 09:33
Siyasət
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
Rəy yaz