Ilham Aliyev and Emomali Rahmon.
İlham Əliyev Tacikistana dövlət səfərinə gedəcək
Bakı/04.04.23/Turan: Aprelin 5-də dövlət başçısı İlham Əliyev Tacikistana dövlət səfərinə gedəcək, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində prezident Emomali Rahmonla görüş keçiriləcək. Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Danışıqların yekunlarına görə əməkdaşlıq haqqında bir sıra sənədlərin imzalanması planlaşdırılır. Sonda prezidentlər KİV üçün bəyanatla çıxış edəcəklər. Elə həmin gün axşam Əliyev Bakıya qayıdacaq.
İlham Əliyevin səfəri ərəfəsində Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu açılır.
Forumda Tacikistan və Azərbaycanın nazirlik və idarə rəhbərlərinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı gözlənilir.
Forum çərçivəsində turizm, sənaye, energetika, xidmətlər və digər sahələrdə investisika imkanları təqdim ediləcək. İki ölkənin dövlət və özəl sektorunun subyektləri arasında əməkdaşlıq haqqında yeni sənədlərin imzalanacağı gözlənilir.
TR prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2022-ci ildə Tacikistan-Azərbaycan ticarət dövriyyəsi 6,2 milyon dollar təşkil edib ki, bu da Tacikistanın ümumi xarici ticarət dövriyyəsinin 0,1%-ni təşkil edir.
İkitərəfli ticarət dövriyyəsinin təxminən 95%-i Azərbaycan məhsullarının Tacikistana idxalının payına düşür. 02D
-
- İqtisadiyyat
- 4 Aprel 2023 15:36
Siyasət
-
Noyabrın 22-də Bakıda COP29-un keçirildiyi məkanda beynəlxalq fəallardan ibarət bir qrup "İnsan hüquqları yavaş-yavaş ölür" şüarı altında aksiya keçiriblər.
-
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacızadə X platformasındakı hesabında yerləşdirdiyi postda senator Ed Markın COP29-da və Bakıdan qayıtdıqdan sonrakı çıxışlarına cavab verib. Hacızadənin sözlərinə görə, senator öz səfərinin nəticələrini "erməni lobbisinin eşitmək istədiklərinə uyğun şəkildə" təqdim edib.
-
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2024-cü ilin ilk 10 ayında kibertəhdidlərlə mübarizə sahəsində əhəmiyyətli irəliləyiş əldə etdiyini və milyonlarla zərərli keçid və elektron sənədin aşkar edilərək bloklandığını bildirib.
-
22 noyabrda dövlət başçısı İlham Əliyev İsrailin Nəqliyyat və Yol Hərəkəti Təhlükəsizliyi naziri Miri Regevi qəbul edib. Miri Regev İlham Əliyevə İsrail Prezidenti İsxak Hersoqun salamlarını çatdırıb.
Rəy yaz