Açiq mənbələrdən foto.
Dövlət Departamenti: ABŞ Qarabağda beynəlxalq missiya ideyasını dəstəkləyir
Vaşinqton/26.09.23/Turan: Bazar ertəsi Ağ Ev bildirib ki, son hadisələrdən və etnik ermənilərin evakuasiyasından sonra Dağlıq Qarabağda humanitar böhran barədə məlumatları "diqqətlə izləyir", Turan-ın Vaşinqton müxbiri bildirib.
“Əlbəttə, bu, narahatlıq doğurur”, - prezident Baydenin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib və əlavə edib ki, Ağ Ev Milli Təhlükəsizlik Şurası "bu məsələni yaxından izləyir".
Bazar ertəsi ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti "Ermənistanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini təsdiqləmək və Dağlıq Qarabağdakı son zorakılıqlardan sonra humanitar məsələlərin həllinə kömək etmək üçün Yerevana gedib", - öz növbəsində Dövlət Departamentinin mətbuat katibi Metyü Miller deyib.
Vaşinqton Qarabağda beynəlxalq nəzarətlə bağlı Ermənistanın çağırışlarını dəstəkləyir. "Biz hesab edirik ki, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycanın vədlərinin yerinə yetirilməsini yoxlayacaq beynəlxalq missiya olmalıdır. Belə missiyanı təmin etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyirik", -o deyib.
Vaşinqton atəşkəsin saxlanmasını, humanitar məsələlərin həllini və Ermənistanla Azərbaycan arasında möhkəm sülhün əldə olunmasını vacib hesab edir.
Qarabağın etnik erməniləri öz evlərində qalmaq hüququna malik olmalı, onların hüquqları və təhlükəsizliyi təmin edilməlidir. Getmək istəyənlərə isə neytral üçüncü tərəfin müşahidəsi altında təhlükəsiz keçidə icazə verilməlidir.
"Azərbaycan mülki şəxslərin qorunmasına və müharibədə iştirakda şübhəli bildikləri daxil olmaqla, hər kəsə humanist münasibətin təmin olunmasına məsuliyyət daşıyır", - Miller qeyd edib.
Turan-ın xahişilə Dövlət Departamentinin mətbuat katibi Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı Rusiyanın ittihamlarını şərh edib. "Rusiyaya beynəlxalq tərəfdaş kimi güvənmək olmaz, çünki özü digər ölkələrin suverenliyinə hörmət etmir", - o deyib.
Gələn həftə Əliyev və Paşinyan görüşməyə hazırlaşırlar. Onların öz ölkələri arasındakı qarşıdurmanı aradan qaldırması vacibdir, o deyib. 0
-
- Maliyyə
- 26 Sentyabr 2023 10:10
Siyasət
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Rəy yaz