Vergi əməkdaşları Turan-da axtarış zamanı sənədləri və elektron daşıyıcıları müsadirə ediblər
Bakı/16.08.17/Turan: Saat 14.00 radələrində Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələri Turan İnformasiya Agentliyində axtarışı yekunlaşdırıblar və agentliyin ofisini tərk ediblər.
Vergi əməkdaşları 2014-cü ildən etibarən agentliyin maliyyə sənədlərinin, kargüzarlıqla və onlara "maraqlı" gələn jurnalistlərin şəxsi işləri ilə bağlı bir sıra digər sənədlərin surətlərini götürüblər.
Agentliyin mühasibinin şəxsi noutbuku da götürülüb.
Bu zaman əməkdaşların şəxsi əşyalarına və bəzi kompütelərin yaddaşına baxış keçirilib. Amma istintaq orqanları jurnalistlərin işi ilə bağlı məlumatla maraqlanmayıblar.
Maraqlıdır ki, agentlik nümayəndələri vergi əməkdaşlarına sənədlərin surətlərini avqustun 17-də təqdim edəcəklərini söyləməsinə baxmayaraq, axtarış aparılıb.
Digər tərəfdən, agentliyə avqustun 8-də cinayət təqibi başlanması haqqında rəsmi məlumat verilib və sənədlərin təqdim edilməsi üçün 15 gün vaxt ayrılıb.
Turan Agentliyi bir daha bildirir ki, vergi ödənişindən yayınma haqqında bütün iradları rədd edir, cinayət işini qərəzli, sifarişli, jurnalistlərin peşə fəaliyyətinə qarşı yönəlmiş addım kimi qiymətləndirir.
Agentlik cinayət işinin əsassız olduğu barədə şikayətlə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Amma məhkəmə hələlik hazırlıq iclasının tarixini müəyyən etməyib. -06B-
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz