Armen Abazyan yenidən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib
Baş nazir Nikol Paşinyanın rəsmi hökumət portalında dərc olunan qərarına əsasən, Armen Abazyan yenidən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin edilib. Bu qərar Abazyan ilkin olaraq baş nazirin təqdimatı əsasında prezidentin fərmanı ilə vəzifəsindən azad edildikdən sonra verilib.
Kadr dəyişiklikləri 2015-ci ildə konstitusiya tələblərinə uyğunlaşdırılan “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna edilən son dəyişikliklərin nəticəsidir. Bu dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin təyinatı indi prezidentin deyil, baş nazirin müstəsna səlahiyyətində olacaq.
Armen Abazyan 2020-ci il noyabrın 8-də ovaxtkı prezident Armen Sarkisyanın fərmanına əsasən, Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinin icrasına başlayıb. Maraqlıdır ki, Abazyan bundan əvvəl 2020-ci il avqustun 12-dən xüsusi xidmət rəisinin müavini vəzifəsində çalışıb.
-
- Cəmiyyət
- 12 Yanvar 2024 14:32
Dünyada
-
NATO-nun Baş katibi Mark Rutte cümə axşamı ABŞ-ı Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb və Avropanın bu xərcləri ödəyəcəyini bildirib.
-
Bazar ertəsi, İsrail ilə Həmas arasında atəşkəsin üçüncü günündə humanitar yardım daşıyan 900-ə yaxın yük maşını Qəzza zolağına daxil olub. BMT-nin yüksək rütbəli nümayəndəsi bildirib ki, hələlik heç bir açıq qanun pozuntusu baş verməyib.
-
Donald Tramp özünü sülhməramlı və ABŞ-ın maraqlarının qatı müdafiəçisi kimi göstərdi. O, bazar ertəsi Ağ Evə qayıdandan sonra Panama kanalını ələ keçirəcəyini vəd etdi, eyni zamanda, Rusiyanı Ukrayna ilə bağlı razılıq əldə etməyə inandırmağa çalışdı.
-
Suriyanın faktiki lideri Əhməd əl-Şaraa ABŞ prezidenti Donald Trampı bazar ertəsi andiçmə mərasimi münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
Rəy yaz