
Getty Images
Bakı/19.04.22/Turan: Ukrayna hərbi mənbələri ölkənin şimal-şərqində və cənubunda döyüşlərin şiddətləndiyini bildirirlər.
Rusiya aviasiya və raket qoşunlarından aktiv istifadə edir.
Mariupolda kritik vəziyyət yaranıb, Rusiya ordusunun gücü oraya yönəlib. "Azov" alayının müdafiəsini saxlayan Mariupol "Azovstal" bombardman edilib və demək olar ki, tamamilə məhv edilib. Lakin şəxsi heyət müqaviməti dayandırmaqdan imtina edir.
Donbasda aktiv döyüşlər gedir. Ukraynalılar rus qoşunlarının xeyli itki verdiyini, əsasən 4 desant batalyonunun məhv edildiyini bildirirlər.
Xarkov güclü atəşə məruz qalır. Dağıntılar var, dinc sakinlər həlak olur.
Nikolayev və Xerson vilayətləri ərazisində Rusiya hərbçiləri Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının yaradılması ilə bağlı referendum keçirməyə hazırlaşırlar.—0—
Rəy yaz