
Açiq mənbələrdən foto.
ATƏT MQ-nin Rusiyalı həmsədri Amerikalı həmkarı ilə danışıqlardan imtina edib - Dövlət Departamenti
Vaşinqton/28.06.22/Turan: ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri bu gün "Dağlıq Qarabağın gələcəyini müzakirə etmək məqsədilə" həmkarları ilə danışıqlar aparıb, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
"Təəssüf ki, Rusiyalı həmsədr dəvəti qəbul etməyib. Biz Minsk Qrupunun işinin davam edəcəyinə ümid edirik", deyə Dövlət Departamentinin Tvitter-də yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, iki gün əvvəl RF XİN başçısı Sergey Lavrov Bakıda amerikalıların ATƏT-in Minsk Qrupunun tərkibində işdən imtina etdiklərini bildirib. 25D
Rəy yaz