
Açiq mənbələrdən foto.
Azərbaycan və Pakistan Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunur
Bakı/30.03.21/Turan: Martın 29-da Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pakistanın Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masud ilə görüşüb.
Görüş zamanı tərəflər Azərbaycan və Pakistan Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.-02D-
Rəy yaz