A military parade on the occasion of the 100th anniversary of the Armed Forces of Azerbaijan was held in Baku on the Azadlig Square.
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur
Bakı/26.06.22/Turan: İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.
104 il öncə həmin gün Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi birləşmə-Xüsusi korpus yaradılıb.
1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu bayramı oktyabrın 9-da - gələcək milli ordunun ilk batalyonunun yarandığı gün qeyd edilirdi. 1998-ci ilə qədər belə olub. Həmin il prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
2020-ci ilin payızındakı 44 günlük Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin çağdaş tarixində mühüm mərhələ olub. Döyüşlər zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, keçmiş Ağdərə rayonunun bir hissəsi, Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri erməni işğalından azad edilib. Şuşa qala-şəhərin azad edilməsi istiqamətində parlaq əməliyyat hərbi kampaniyanın zirvəsi oldu.
Bundan sonra Ermənistan təslim olaraq qoşunlarını Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxardı. -06D-
-
- Sosial sahə
- 25 İyun 2022 19:00
-
- Kənd təsərrüfatı
- 26 İyun 2022 19:18
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz