
Mohammad Javad Zarif
Bakı/30.03.21/Turan: İran tərəfi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə və bərpa işlərində iştiraka hazırdır. Bunu İranın xarici işlər naziri Cavad Zərif Düşənbədə "Asiyanın Ürəyi - İstanbul Prosesi" nazirlər konfransı çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə ediblər. -02D-
Rəy yaz