Prezident İlham Əliyev
Prezident İlham Əliyev: “Ermənilər sərhədlərin müəyyən edilməsi məsələsini yubatmamalıdırlar”
Bakı/27.06.22/Turan: Əgər Ermənistan sərhədlərin delimitasiyası məsələsində vaxt uzatmağa çalışsa, peşman olacaq. Bunu dövlət başçısı İlham Əliyev iyunun 26-da Kəlbəcərdə yeni hərbi hissənin açılışı mərasimində xüsusi təyinatlı hərbçilərin qarşısında çıxışı zamanı deyib.
“Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsalar, bilməlidirlər ki, onları nələr gözləyir”, - o hədələyib.
Əliyev qeyd edib ki, yeni hərbi strukturların formalaşdırılması fəal şəkildə davam edir və xüsusi təyinatlıların yeni hissələrinin yaradılması nəzərdə tutulur.
Dövlət başçısı qeyd edib ki, Ermənistanla sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin yeni hissələri və postları tikilir. 02D
-
- Cəmiyyət
- 27 İyun 2022 12:18
Siyasət
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
Rəy yaz