![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/062500047480-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib
Bakı/25.06.22/Turan: Rusiya Belarusu müharibəyə cəlb etməyə çalışır, şənbə günü Ukrayna Baş Qərargahı bildirib.
Belə ki, bu gün Ukrayna ərazisinə atılan 40-dan çox raket, o cümlədən Belarus ərazisindən atılıb. Bunun üçün altı Tu-22M3 strateji bombardmançı cəlb edilib. Onlar Belarusun hava məkanında olarkən Ukraynaya 12 X-22 qanadlı raket atıblar. Bu, Buraxılış Ukrayna ilə sərhəddən 50-60 kilometr aralıda Mozır şəhəri yaxınlığından atılıb.
Bombardmançılar Rusiyanın Kaluqa vilayətindəki “Şaykovka” hava limanından qalxıblar. Sonra Kaluqa və Smolensk vilayətləri ərazisindən Belarusun hava məkanına daxil olublar.
Zərbələr Kiyev, Çerniqov, Sumı vilayətlərinə endirilib.
"Bu, Ukraynaya birbaşa Belarus ərazisindən aviazərbənin endirilməsilə bağlı ilk hadisədir.
Bugünkü atəş Kreml hakimiyyətinin Belarusu Ukraynadakı müharibəyə birbaşa iştirakçı kimi cəlb etmək cəhdlərilə bağlıdır", - Ukrayna Baş Hərbi Kəşfiyyat İdarəsindən bildiriblər.
Həmçinin Jitomir, Lvov, Çerniqov vilayətlərinə raket zərbələri endirilib. Bəzi raketləri havada vurmaq mümkün olub.
Rusiyalıların Belarusun Mozır şəhərində təxribat hazırlamaq və buna görə ukraynalıları günahlandırmaq planları barədə də bildirilir. Rusiya təxribat qrupları evləri, məktəbləri və xəstəxanaları partlatmağı planlaşdırırlar. Bu, Ukrayna tərəfindən raket zərbələri kimi təqdim ediləcək, həmin mənbə bildirib. 02D
-
- Cəmiyyət
- 25 İyun 2022 12:27
Siyasət
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
-
Cümə günü ABŞ prezidenti Donald Tramp iki ölkə arasında "mənasız" müharibəyə son qoymaq üçün gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyini və Rusiya prezidenti ilə söhbət edə biləcəyini bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz