
Açiq mənbələrdən foto.
Bakı/30.03.21/Turan: Martın 30-da Rusiya sülhməramlılarının 15 Kamazdan ibarət sayca 11-ci kolonu Azərbaycanın Kəlbəcər rayonuna 80 ton yük-elektrik avadanlığı və tikinti materialları gətirib. Bu avadanlıqlardan sosial obyektlərin, yaşayış evlərinin elektrik enerjisi və su təchizatı sistemlərinin bərpasında istifadə olunacaq.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, kolon Xankəndidən Suqovuşana, oradan isə keçmiş Mardakert rayonunun ərazisilə Kəlbəcərə gedib.
Sülhməramlıların Kəlbəcərə gətirdiyi yükün ümumi həcmi 1600 tondur. -02D-
Rəy yaz