Azərbaycan jurnalistlərin təqib olunduğu ölkələr arasındadır - JMK
Bakı/13.12.17/Turan: Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi dekabrın 12-də illik hesabatını dərc edib. Sənədə əsasən, dünyada 262 jurnalist öz fəaliyyətinə görə həbs edilib. Ötən ilki göstərici 259 min idi.
Azərbaycan çox sayda jurnalistin həbs edildiyi ölkələr arasındadır, hazırda orada həbsdə olan jurnalistlərin sayı 10 nəfərdir. Amma hakimiyyət nümayəndələri Azərbaycanda heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs edilmədiyini iddia edir, deyə hesabatda bildirilir.
Təşkilat qeyd edir ki, jurnalistlərin təxminən 75%-i dövlət əleyhinə fəaliyyət və ya terrorla bağlı ittihamla saxlanılıb.
JMK-nin fikrincə, həbs edilən jurnalistlərin sayının artması beynəlxalq ictimaiyyətin mətbuat azadlığı sahəsində qlobal böhranı nizamlaya bilməməsi deməkdir. -16D-
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz