AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi təyin edilib
Bakı/28.06.18/Turan: İyunun 28-də AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni məruzəçini təyin edib. O, rumıniyalı deputat Florin Predanı əvəzləyib.
Yeni məruzəçi britaniyalı Rocer Geyl olub. Bu barədə Turan-a Monitorinq Komitəsi katibliyinin nümayəndəsi bildirib.
Qeyd edək ki, R.Geyl Monitorinq Komitəsinin rəhbəridir.
Xatırladaq ki, AŞPA üzvlərinin korrupsiyası və lobbiçiliyi ilə bağlı AŞPA-nın yaz sessiyasında qəbul edilmiş sənəddə F.Predanın adı keçir.
Monitorinq Komitəsinin Azərbaycan üzrə digər məruzəçisi avstriyalı Stefan Şennakdır.-05D-
-
- Siyasət
- 28 İyun 2018 17:03
-
- Söz istəyirəm
- 28 İyun 2018 18:11
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz