44 günlük müharibə və mənasız 30 illik müqavimət
Müharibə Ermənistanın əsasən Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasının mənasız olduğunu göstərib. Bəlkə də, bunu 44 günlük müharibənin əsas nəticəsi hesab etmək olar. Qarabağın Ermənistana qoşulması üzrə uzun müddət həyata keçirilən siyasət hər iki tərəfin maddi və insan resurslarını tükəndirib. Məsələ müharibələrdə insan və texnika itkilərində deyil. Məsələ hər iki xalqa aid milyonlarla insanın həyat faciəsindədir. Yüz minlərlə insan qaçqına çevrilib, milyonlarla insan daha yaxşı həyat axtarışında ölkələrini tərk edib.
Çox böyük müddət olmasa da, müharibədən ötən bir il gələcəyin konturlarına nəzər salmağa imkan verir. Hökumətlərin addımlarına və siyasətçilərin ritorikalarına diqqət yetirsək, bu konturlar heç də ürəkaçan deyil. Hər iki ölkə yeni silah və texnologiya axtarışındadır. Ermənistan Azərbaycana çatmağa, Azərbaycan isə aradakı fərqi artırmağa çalışır. Resursların tükənməsi davam edir. Ermənistan siyasətçiləri və ekspertləri, -hamısı olmasa da, azlıq da deyil, - mümkün revanşın müxtəlif modellərini irəli sürür, daha çox region ətrafında geosiyasi kataklizmlərə ümid edirlər. “Düşmən” epiteti leksikondan çıxarılmayıb.
Bəlkə də məhz hər iki ölkənin siyasi elitasındakı bu əhval-ruhiyyələr nə hansısa platformada, nə hansısa təşəbbüs çərçivəsində sülh prosesinin irəli çəkilməsinə imkan vermir. Münaqişənin əsas vasitəçisi – ATƏT-in Minsk Qrupu bir ildir fəaliyyət göstərməyib, 10 noyabr bəyanatının əsas məqamı – kommunikasiyaların açılması bəndi həyata keçirilməyib, Gürcüstanın vasitəçilik təşəbbüsü əsirlərin minalanmış sahələrin xəritələri ilə dəyişdirilməsi çərçivəsindən kənara çıxmayıb. Türkiyə prezidenti Erdoğanın 3+3 sülh təşəbbüsündən və Gürcüstan baş naziri Qabriaşvilinin 3+2 formatından heç kim istifadə etməyib.
Beynəlxalq ictimaiyyət dövlətlərin əlaqələrini və maraqlarını məhdudlaşdıran, bütün istiqamətlərdə iradələrini iflic edən pandemiya böhranındadır. Qazaxıstan prezidenti istisna olmaqla, 8 noyabr səhər saatlarına qədər heç bir lider, hətta Türk Şurasından olan qardaşları prezident Əliyevi təbrik etməyib. Dünya qarışıqlıq içərisindədir.
Ermənistan və Azərbaycan cəmiyyətləri arasında 30 illik qarşıdurmada gərginliyi aradan qaldıran müharibə sosial, iqtisadi, əxlaq və digər xarakterli qeyri-müharibə problemlərini üzə çıxarıb. Cəmiyyətlər çaş-baş qalıb – hakimiyyətə müqavimət göstərsinlər, ya parad bəyanatları və silah səsləri fonunda hələ də kövrək görünən sülhdən yapışsınlar?!
Amma bu kontekstdə 30 illik hərbi həyatdan azad olan cəmiyyətlərin dövlətlərinin həyatında üstü açılmış fraqmentlərə daha çox diqqət yetirəcəklərini – ictimai tələbatın ön plana çıxacağını gözləmək olar və bu tələbat artıq formalaşmaqdadır.
Ermənistan və Azərbaycan üçün müharibədən sonrakı ikinci ilin iki düşmən dövlətin, həmçinin bəziləri üçün qələbə, digərləri üçün isə məğlubiyyət şəraitində nə qədər qəribə də görünsə, münasibətlərində düşmənçilik olan cəmiyyətlərin və dövlətlərin gələcəkdə birgə yaşaması yollarının axtarışı nöqteyi-nəzərdən sınaq ili olacağına çox az insan şübhə edir.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz