Rüfət Səfərov
Rüfət Səfərov: Ədalət hökmən bərqərar ediləcək!
“Bir hüquq müdafiəçisi olaraq, saxta ittihamlarla həbs edilən şəxslərə qarşı repressiv əməliyyatları qətiyyətlə pisləyirəm. Çox təəssüf ki, COP 29 səbəbilə təxirə salınan, lakin COP-dan dərhal sonra bərpa edilən siyasi motivli məhkəmə proseslərini izləmək imkanım yoxdur. Amma əminəm ki, insanlığa zidd olan bu repressiyaların da sonuna çox qalmayıb. Demokratiya mütləq qalib gələcək, Azərbaycan xalqı mütləq azad olacaq, ölkəmizdə ədalət hökmən bərqərar ediləcək!”
Bu barədə həbsdə olan “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova istinadən onun bəyanatı facebook profilində yayılıb.
Hüquq müdafiəçisinin fikirncə, Azərbaycan hakimiyyəti 2024-cü ilin son ayını da “şiddətləndirilmiş repressiyalarla” başa vurmaqda israrlıdır.
“Artıq insanların tək-tək və ya dəstə-dəstə tutulmasına, ənənəvi şərləmə mexanizminin həm ayrı-ayrı şəxslərə, həm də həbs edilən qruplara eyni “uğurla” tətbiq olunmasına heç kəs təəccüblənmir. Hökümət faktiki olaraq özünün törətdiyi bütün cinayətkar fəaliyyət növlərini saxta şahidlər və arqumentlərlə öz opponentlərinə qarşı istifadə edir. Dələduzluğun, qaçaqmalçılığın, narkotiklərin qanunsuz dövriyyəsinin bu rejimin aşağıdan yuxarıya doğru bütün nomenklaturasına aid fəaliyyət növləri olduğunu kim bilmir ki? Dekabrın 8-də Meydan TV əməkdaşlarının, 9-da isə tanınmış ictimai-siyasi xadim Azər Qasımlının saxta ittihamlarla həbsi rejimin Azərbaycan cəmiyyətinə qarşı cəza əməliyyatı kimi qəbul edilməlidir. İnanıram ki, bütün mütərəqqi qüvvələr bunu məhz belə də qiymətləndirirlər”, Rüfət Səfərova istinadən onun profilində yayılan bəyanatında deyilir.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə" İttifaqın siyasi məhbusların yeni siyahısı ilə bağlı son hesabatında deyilir ki, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfərə çatıb. Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır.
Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin Avropa Parlamenti, ABŞ Dövlət Departamenti “haqsız yerə həbsdə olanların” azad edilməsi ilə bağlı Azərbaycan hakimiyyətinə müraciətlər edib.
-
- Keçmiş Sovet məkanı
- 15 Dekabr 2024 14:12
-
- Mədəniyyət
- 15 Dekabr 2024 14:54
Söz istəyirəm
-
İctimai xadim və alim Dr. Cəmil Həsənli, Meydan TV-nin jurnalisti Natiq Cavadlının qaçaqmalçılıqda ittiham olunaraq dörd aylıq istintaq təcridxanasına salınmasına görə dərin narahatlığını ifadə edib. Onu tanıyanlar üçün bu hadisə inanılmaz görünür. Dürüstlüyü, intellekti və həqiqətə bağlılığı ilə tanınan Cavadlı Azərbaycanın ən hörmətli jurnalist və ziyalılarından biri hesab olunur.
-
"İnsan haqqı" öz təməlini haqdan alır. Haqq təbiidir, yaradılışla bağlıdır. Doğulduğu andan bu haqq insana təbii qazandırılıb. Hüquq isə veriləndir — parlamentlərin bizə rəva gördüyü həddə. Parlamentin haqqı nə qədər təmsil etdiyi, nə qədər ədalətli olduğu hər zaman mübahisəlidir.
-
Niyə Azərbaycan hakimiyyəti müxtəlif institutlarından bu məqsədlər üçün, yəni jurnalistləri, yazıçıları, şərhçiləri, alimləri, fəalları həbs etmək üçün istifadə edir, anlamaq mümkün deyil.
-
ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən iclasında Ermənistan-Azərbaycan arasında sülh sazişi məsələsinə də toxunulub.
Rəy yaz