Blinken Əliyevlə Qarabağı və İnsan Haqlarını Müzakirə Etdi /YENİLƏNİB/
Blinken Əliyevlə Qarabağı və İnsan Haqlarını Müzakirə Etdi
Vaşinqton/23.01.23/Turan: Amerika dövlət katibi Entoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmaga çağırıb, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib
Blinken "Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb", - Dövlət Departamentinin məlumaıinda deyilir, TURANın Vaşinqton müxbiri xəbər verir.
“Blinken prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib”, - Prays qeyd edib.
Blinken Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da qaldırıb, Prays əlavə edib.
Öz növbəsində Azərbaycan tərəfinin məlumatında bildirilir ki, Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.
Əliyev vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.
Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.
Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.-0-
-
- Cəmiyyət
- 23 Yanvar 2023 18:03
-
- Aktual Reportaj
- 23 Yanvar 2023 23:19
Siyasət
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
-
NATO "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
-
İran prezidenti Məsud Pezeşkian dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Rəy yaz