Açiq mənbələrdən foto.
SOCAR müsabiqəli satınalmaların nəticələrini ictimaiyyətdən gizlədir
Bakı/11.10.23/Turan: "Turan" İnformasiya Agentliyinin SOCAR-ın internet portalının 2023-cü ilin əvvəlinə yenilənmiş “Satınalmalar” bölməsində https://socar.az/az/page/satinalmalar apardığı monitorinq zamanı məlum olub ki, ən böyük dövlət holdinqinin baş ofisi kimi onun struktur bölmələri və törəmə şirkətləri də bütün mərhələlərdə satınalmaların şəffaflığı tələblərinə əməl etməkdən yayınırlar.
SOCAR-ın satınalmaları hələ də kağız formatda həyata keçirilir, dövlət büdcəsindən maliyyələşən dövlət qurumları isə 2019-cu ilin mart ayından malların (işlərin və xidmətlərin) elektron satınalınmasına keçib. SOCAR-ın ana şirkəti, eləcə də onun onlarla bölməsinin heç biri 2023-cü il üçün satınalma planlarını neft şirkətinin saytında yerləşdirməyib.
Bu il SOCAR-ın strukturları malların, işlərin və xidmətlərin satın alınması üzrə yüzlərlə satınalma proseduru həyata keçirib. Lakin onların nəticələri barədə rəsmi olaraq yalnız iki struktur bölməsi məlumat verib: “Neftqazelmitədqiqatlayihə” İnstitutu və “Kompleks Qazma İşləri” Tresti.
“Neftqaz”ın beş satınalma prosedurunda https://www.socar.az/az/page/neftqazelmitedqiqatlayihe-institutu “Tog Petrol Sanayi ve ticaret” LTD-nin (Türkiyə) Azərbaycan filialı, “Çinar-Servis İKF” MMC, "Evim Teksil" MMC, "Doctor of Laboratories" MMC, "HQ LAB" və "Optimum Metrology Services" MMCi qalib gəlib. Satınalma müqavilələrinin ümumi məbləği təxminən 300 min manat təşkil edib. “Kompleks Qazma İşləri” tresti https://socar.az/az/page/kompleks-qazma-isleri-tresti də beş satınalma prosedurunun nəticələri barədə qərara gəlib. Onların hamısı üzrə müsabiqəli satınalmadan imtina edilməsi barədə qərar qəbul edilib.
Dövlət nəzarət orqanı SOCAR-ın satınalmaları ilə bağlı vəziyyəti şərh etmir.
SOCAR öz növbəsində qeyd edir ki, onun satınalmaların təşkili və idarə edilməsinə dair (konsepsiya, siyasət, standartlar, təlimatlar və sair) normativ sənədləri, daxili standartlar qlobal neft-qaz şirkətlərinin satınalma sahəsində tətbiq etdiyi standartlar, həmçinin satınalmaların tənzimlənməsində Dünya Bankının təcrübəsi nəzərə alınmaqla konsaltinq şirkətlərinin cəlb edilməsi ilə hazırlanıb. “Bu sənədlər satınalma fəaliyyətinin bütün mərhələlərini əhatə edir və hər bir proses və sənədləşdirmə prosedurları üçün məsuliyyətli rol və məsuliyyətləri əks etdirir. "PricewaterhouseCoopers" və KPMG-nin Azərbaycandakı nümayəndəliyi SOCAR-ın satınalma prosedurlarını təhlil edərək, normativ sənədlərin “Dövlət satınalmaları haqqında” Qanunun bütün vacib aspektlərinə uyğun olduğunu bəyan edib”, - deyə SOCAR-dan bildiriblər.
Hələ bu ilin fevralında "Turan" İnformasiya Agentliyi dövlət şirkətinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi ilə bağlı SOCAR-a məlumat sorğusu ilə müraciət edib, amma hələ də hərtərəfli cavab almayıb. 08B
İqtisadiyyat
-
Azərbaycan öz “Elektromobillik üzrə milli plan”ını COP29-da təqdim edəcək, bu barədə energetika naziri Pərviz Şahbazov “Energetika Günü” münasibətilə “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
-
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) 2024-cü ilin yanvar-sentyabr dövrü ərzində aktivlərinin 10% artaraq 61,698 milyard ABŞ dollarına çatdığını, sentyabr ayında isə aktivlərinin 1 milyard dollar artdığını bildirdi.
-
Azərbaycan 2030-cu ilə qədər ümumi enerji sistemində bərpa olunan enerji mənbələrinin (BEM) payını 34.7%-ə qədər artırmağı, yəni 2.25 GW gücündə enerji istehsal etməyi hədəfləyir, Energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində Enerji Günü münasibətilə dərc olunmuş məqaləsində bildirib.
-
COP29-un Azərbaycanda keçirilməsi və BMT-nin bu sammitinin prioriteti kimi “iqlim maliyyəsi” Azərbaycanın bank sistemini “yaşıl” maliyyə alətləri üzərində işi sürətləndirməyə sövq edir.
Rəy yaz