![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2023/main/101700068151-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun zəruri olduğunu bildirib
Vaşinqton/17.10.23/Turan: Bazar ertəsi Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında hələ həllini tapmamış siyasi, iqtisadi, humanitar məsələlər və təhlükəsizlik problemləri ilə bağlı "dərin narahatlığını" ifadə edib.
"... Hər iki ölkənin rəhbərliyini hamının hüquqlarına hörməti təmin edəcək layiqli və möhkəm sülh əldə etməyə çağırmaqda davam edirik", deyə Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbirinin Xankəndində Azərbaycan bayrağı qaldırıldıqdan sonra ABŞ-ın mövqeyi ilə bağlı sualına cavabda bildirib.
Prezident İlham Əliyev bu şəhərdə çıxışında deyib ki, ölkəsi "istədiyinə nail olub" və Azərbaycan xalqının onillər boyunca yaşatdığı arzunu "həyata keçirib".
"Artıq dediyimiz kimi, güc tətbiqi qəbuledilməzdir və bu uzanan münaqişənin həlli üçün birbaşa dialoq zəruridir", deyə Dövlət Departamentinin nümayəndəsi bazar ertəsi Turan-ın müxbirinə bildirib.
"Köçkünlərin Ermənistanda sığınacaq və rahatlıq tapmasına kömək etmək üçün humanitar təşkilatlarla sıx əlaqəli şəkildə Ermənistan hökumətinin səylərini dəstəkləməyə davam edirik. Köçkünlərin yaşadıqları şoku və travmanı və qarşılaşdıqları qeyri-müəyyənlikləri başa düşürük", deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib. 0
Siyasət
-
İyulun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyni qəbul edib.
-
Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib. Bu məsələ Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında müzakirə edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.
-
Keçmiş diplomat Emin Şaiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-ci (xuliqanlıq) maddələrilə ittiham elan edilib. Bu barədə vəkil Aqil Layıc Facebook səhifəsində yazıb.
-
Rusiyanın RİA-Novosti İnformasiya Agentliyinin saytına sərbəst giriş bir sutka - iyulun 23-də mümkün olub. Bundan sonra yenidən Azərbaycan ərazisində bloklanıb. Hakimiyyət nə baş verdiyini şərh etmir.
Təhsildə maliyyələşmə necə qurulmalıdır? – Nabatəli Qulamoğlu Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:18
- 245
Rəy yaz