Açiq mənbələrdən foto.
"Bolt" şirkəti sürücülərinin etiraz aksiyası
Bakı/13.04.23/Turan: "Bolt" taksi xidməti şirkətilə əməkdaşlıq edən sürücülər aprelin 13-də şirkətin qarşısında etiraz aksiyası keçiriblər. Onlar qiymətlərin aşağı və buna görə də gəlirlərinin az olduğundan şikayət edirlər.
"60-80 qəpik gediş haqqı olar? Taksi avtobusdan ucuzdur. 9 kilometr üçün 2 manat 10 qəpik yazır. 200 kilometr sürsəm qazancım 30-35 manat olur. Onun hələ benzini, ehtiyat hissələri var. Hər şeyin qiyməti qalxıb. Ən ucuz motor yağı 60 manatdır. Bundan əlavə, şirkət hər gedişdən 20 faiz komision tutur", - aksiya iştirakçılarından biri deyib.
Etirazçılardan bir neçəsini "Bolt" şirkətində qəbul ediblər və bildiriblər ki, onların tələbləri xaricdə yerləşən baş ofisə çatdırılacaq və qiymətlər tənzimlənəcək. Bu barədə digər aksiya iştirakçısı bildirib.
Öz növbəsində Bolt şikətinin Turan göndərdiyi açıglamada deyilir:
"Azərbaycanda minlərlə sürücü Bolt tətbiqindən istifadə edir. Bolt komandası olaraq biz inanırıq ki, xoşbəxt sürücülər sərnişinlərə daha keyfiyyətli xidmət göstərir. Buna görə də biz sürücülərimizə həmişə hörmətlə yanaşırıq və əsas məqsədimiz onları bazarda ən yüksək saatlıq qazanc ilə təmin etməkdir. Biz həmişə vəziyyəti təhlil edirik ki, tariflər müştərilər üçün cəlbedici olsun, qazanc imkanı isə sürücü tərəfdaşlarımızı həvəsləndirsin.
Sürücülərimizdən Bolt ilə bağlı təcrübələri barədə bizə rəy bildirmələrini xahiş edirik, çünki sürücülərimizə keyfiyyətli xidmət və dəstək göstərmək üçün məhz bu rəylərə əsaslanırıq. Çox sayda tərəfdaş sürücülərin olmasına baxmayaraq, biz onların hər birinin fikrini diqqətə alırıq.
Bolt sürücülərinin əməkdaşlıq şərtləri və gəlir səviyyəsi bazarda ən yaxşılarındandır. Platformamızdan istifadəni dayandırmağa və digər xidmətləri sınamağa qərar verən bəzi sürücüləri də başa düşürük - bu, onların seçimidir. Hətta bundan sonra onların bir çoxu yenidən Bolt ilə əməkdaşlığı bərpa edir. Sürücülər və xidmət istifadəçiləri üçün ən yaxşı şəraiti təmin etmək istiqamətində dayanmadan işləməyə davam edəcəyik.
Bolt əsas məqsədi şəhərlərdə hərəkəti asanlaşdırmaq, təhlükəsiz və ekoloji cəhətdən təmiz etmək olan çoxfunksional tətbiqdir. Avropa və Afrikanın 45 ölkəsində (400-dən çox şəhər) 100 milyondan çox insan Bolt xidmətlərindən istifadə edir. Çoxfunksional tətbiq səfər sifariş etmək, karşerinq, skuter və elektrikli velosiped icarəsi, qida və ərzaq məhsullarının çatdırılması kimi bir sıra xidmətlər təqdim edir. Bu gün şirkət dünya üzrə 2,5 milyondan çox sürücü və 100 000-dən çox kuryerlə əməkdaşlıq edir". 06В
-
- İqtisadiyyat
- 13 Aprel 2023 11:46
-
- Maliyyə
- 13 Aprel 2023 12:45
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz