Açiq mənbələrdən foto.
Qubad İbadoğlunun hüquqlarını müdafiə komitəsi yaradılıb
Bakı/25.07.23/Turan: Azərbaycan hakimiyyəti yeni yarana biləcək siyasi qüvvədən, liderdən çəkindiyinə görə Qubad İbadoğlunu həbs edib. Bu barədə iyulun 25-də keçirilən mətbuat konfransında Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədr müavini Ədalət Yusubov bildirib.
İbadoğlunun qardaşı Qalib Bayramov bildirib ki, prokurorluq siyasətçinin vəkili Zibeydə Sadıqovadan Vəkillər Kollegiyasına şikayət verməyi planlaşdırır.
"Guya Zibeydə xanım istintaq sirrini yayıb. Ona görə də vəkillərin sayını artırmaq qərarına gəldik", deyə Bayramov bildirib.
O, həmçinin qeyd edib ki, Bakı İstintaq Təcridxanasında İbadoğlu üçün sovqatı qəbul etməyiblər, onun adının "sistemdə olmadığını" bildiriblər.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev İbadoğlunun hüquqlarını müdafiə komitəsi və komitənin fəaliyyətinin fərqli istiqamətləri üzrə işçi qrup yaratmağı təklif edib.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının fikrincə isə, həbslər davam edəcək və rejim "avtoritardan totalitara doğru" gedir.
"Qubad İbadoğlunun həbsi yalnız onun tənqidi fikirlərilə, partiya sədri olması və tələbələr üçün yaratdığı fondla bağlı deyil. Hökümət yeni repressiyalara hazırlaşır və fəalları, siyasətçiləri sıradan çıxarır. Cəmiyyət də, müxalifət də buna hazırlaşmalıdır", deyə Qasımlı bildirib.
Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, İbadoğlu həbsin sifarişçinin adını özü deyib: "Dedi ki, bu İlham Əliyevdir. Bu, həqiqətən belədir".
"Axı necə ola bilər ki, dünyanın ən aparıcı universitetlərdə öz tələbələrinə halal pul qazanmağın yollarını öyrədən professor saxta pul kəsməkdə ittiham olunur?", deyə o qeyd edib.
Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, İbadoğlu tanınmış iqtisadçı və ciddi siyasətçi kimi hakimiyyət üçün "baş ağrısına" çevrilmişdi: "Qubad bəyin işğaldan azad edilmiş torpaqlarda aparılan işlərin korrupsiya səviyyəsi ilə bağlı ciddi araşdırmaları var idi"", deyə o bildirib.
Səfərovun sözlərinə görə, ziyalıları və ictimai fəalları cəlb etməklə geniş müdafiə komitəsi yaratmaq lazımdır. Həmçinin, Qərb institutları ilə sıx əlaqədə olmağa ehtiyac var.
Müzakirələrin yekunlarına görə, Cəmil Həsənlinin sədrliyi ilə ictimai müdafiə komitəsi və bu qurumun fəaliyyətinin müxtəlif istiqamətləri üzrə üç işçi qrup yaradılıb. 21D
-
- Cəmiyyət
- 25 İyul 2023 13:29
Siyasət
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
-
NATO "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
-
İran prezidenti Məsud Pezeşkian dekabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Rəy yaz