Chris Smith
Konqresmen Kris Smit Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırıb
Bakı/08.08.23/Turan: Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan ABŞ nümayəndəsi Kris Smit Azərbaycan prezidenti İlham Əliyevi tanınmış azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlunu azad etməyə çağırır. Bu barədə konqresmenin rəsmi saytında dərc olunmuş press-relizdə deyilir.
Bəyanatda deyilir ki, professor İbadoğlu hazırkı hökuməti kəskin tənqid edib və Azərbaycanda şəffaflığın artırılması və ölkə liderlərin hesabatlı olması üçün çalışıb.
Konqresmen qeyd edir ki, İbadoğlu həyati təhlükəsi olan şəraitdə kəskin şəkərli diabet, boğaz infeksiyası və yüksək qan təzyiqi ilə mübarizə üçün lazım olan dərmanlar olmadan həbsdədir - təmiz su, yemək verilmir və o, təhlükəli cinayətkarlarla bir kameranı paylaşır”.
İbadoğlu sürətlə arıqlayır və səhhətinin kəskin şəkildə pisləşməsinin digər əlamətləri müşahidə edilir, deyə konqresmen qeyd edib.
“Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq” Smit bildirib.
İbadoğlu Azərbaycanda korrupsiya ilə bağlı araşdırma aparıb. Bir çox beynəlxalq vətəndaş cəmiyyətinin nümayəndələri və "Washington Post" qəzeti hakimiyyəti onu azadlığa buraxmağa çağırıb.
Dünyada əsas insan hüquqlarının müdafiəçisi Kristofer Smit dəfələrlə hökumət tərəfindən təqib olunan Azərbaycan vətəndaşlarını, o cümlədən hökumət korrupsiyasını ifşa etdiyinə görə bloger Mehman Hüseynovu müdafiə etmək üçün çıxış edib.
2015-ci ilin dekabrında Smit "Azadlıq Radiosu"nun köşə yazarı Xədicə İsmayılovanın mühakimə olunması ilə bağlı Konqres dinləmələrinə sədrlik etdi.
Həmin ildə Smit həmin ölkədə qanunun aliliyini və insan hüquqlarına hörməti təşviq etmək üçün Azərbaycan Demokratiya Aktını təqdim etdi. O, insan haqları missiyası ilə bir neçə dəfə Azərbaycanda olub, press-relizdə deyilir. 16D
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz