Последнее обновление

(21 минуту назад)
Minimum əməkhaqqı, pensiya, ehtiyac meyarı. Rəqəmlər real bazar qiymətinə uyğundur? – Zöhrab İsmayıl saat 16:00-da Çətin sualda

Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

Azərbaycanda gələn il həmçinin minimum pensiya məbləği 270 manat deyil, 280 manat nəzərdə tutulub.

2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Gələn il həmçinin ehtiyac meyarı və yaşayış minimumunun həddi 270 manat deyil, 285 manat götürüləcək.

Bəs bu rəqəmlər real bazar qiymətlərinə, inflyasiyaya, normal həyat şərtlərinə uyğundurmu?

İqtisadçı Zöhrab İsmayıl Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Написать отзыв

Сложный вопрос

Следите за нами в социальных сетях

Лента новостей