Açiq mənbələrdən foto.
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 1,3 ton narkotik maddə götürülüb
Bakı/16.03.23/Turan: 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda narkomaniya ilə bağlı 2035 fakt aşkar edilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir.
Qanunsuz dövriyyədən 1351 kiloqram narkotik vasitə, o cümlədən 434 kiloqram heroin, 804 kiloqram marixuana, 58 kiloqram psixotrop maddə çıxarılıb.
Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1194 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 20 - i xarici ölkə vətəndaşıdır: 10 nəfər İran, 6 – Türkiyə, 2 – Rusiya, 2 nəfər Gürcüstan.
Əcnəbilərdən 32 kiloqramdan çox müxtəlif narkotik maddə götürülüb.
48 cinayət qrup halında, 230 kiloqram narkotik maddə götürülüb.
Götürülmüş narkotik və psixotrop maddələrin pul ifadəsində məbləği 54 milyon 292 min manat və ya 31 milyon 936 min dollar olub. 05B
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz