Cəfər Mirzəyev
Məhkəmə Almaniyadan deportasiya edilmiş fəalın həbs müddətini azaldıb
Bakı/16.03.23/Turan: Martın 16-da Bakı Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya edildikdən sonra narkotik maddə işi üzrə həbs olunmuş fəal Cəfər Mirzəyevin şikayətini qismən təmin edib.
Məhkəmə azadlıqdan məhrumedilmə müddətini 6 ildən 5 ilə endirib, vəkil Nemət Kərimli Turan-a bildirib.
O qeyd edib ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin nöqsanlarını aradan qaldırmayıb.
"Cinayət işində kifayət qədər ziddiyyət var və əlaqə yoxdur. Əsas çatışmazlıq narkotik maddələrin götürülməsinə dair natamam videodur. Videonun bir hissəsi silinib, odur ki, qeydlər sübut ola bilməz. Bu, cinayət işinə xitam vermək üçün kifayət idi", - vəkil deyib.
Bundan əlavə, məhkəmə polisin əməliyyat-qeydiyyat jurnalını təqdim etməsilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.
"Cinayət işində iddia edilir ki, guya Cəfər Mirzəyevin narkotik maddə satması ilə bağlı polisə operativ məlumat daxil olub. Əgər bu, doğrudursa, əməliyyat-qeydiyyat jurnalında müvafiq qeyd var. Ancaq aydındır ki, belə bir qeyd yoxdur, buna görə məhkəmə bu jurnalı istəmədir", - vəkil deyib.
Mirzəyev məhkəmədə bildirib ki, siyasi fəaliyyətinə görə, Almaniyada Azərbaycan hökumətinin siyasətinə qarşı etirazlarda iştirakına görə həbs edilib.
Vəkil deyib ki, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcək.
Cəfər Mirzəyev 2021–ci ilin sonu-2022-ci ilin əvvəlində Almaniyadan deportasiya edildikdən sonra narkotik maddə alveri ittihamı ilə həbs olunan dörd fəaldan biridir. Almaniyadan deportasiya edilmiş digər fəal başqa ittihamla həbs edilib. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.
Hüquq-müdafiə qurumlarının məlumatına görə, bu həbslərin əsl səbəbi Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbilə Avropada keçirilən etiraz aksiyalarında siyasi mühacirlərin iştirakıdır.
Cəfər Mirzəyev 25 noyabr 2021-ci ildə Almaniyadan deportasiya edilib və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddə alveri) ilə ittiham irəli sürülüb. 03B06
-
- Analitika
- 16 Mart 2023 13:54
Cəmiyyət
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz