Aqil Hümbətov Psixiatriya Xəstəxanasından buraxılmayıb
Bakı/03.05.20/Turan: 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov daha bir ay xəstəxanada qalacaq.
Bu barədə Turana Hümbətovun həyat yoldaşı Aygün Hümbətova məlumat verib. "Həkimlər yoldaşıma demişdi ki, onu mayın 2-də evə buraxacaqlar. Dünən gözlədim sonra isə özüm dispanserə zeng etdim. Yoldaşımla danışdım. Aqil mənə dedi ki, həkimlər ona bir ay daha qalmalı olduğunu, sağlam olmadığını dedilər. Onu qondarma komissiyadan keçiriblər və belə deyiblər. Hələ bir ay sonra buraxılıb-buraxılmaması dəqiq bilinmir. Onların mənim yoldaşlmı buraxmaq fikirləri yoxdu. Aqil mənə demişdi ki, əgər onu ayın əvvəli buraxmasalar aclıq aksiyasını edəcək. İndi bilmirəm onun vəziyyəti necədir".
Məsələ ilə bağlı 1 saylı Psixiatriya Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.
Aprelin 1-də Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbovun çıxardığı qərarda A.Hümbətovun məcburi müalicə üçün xəstəxanaya salınması barədə müraciətə "yox" deyilib. Bundan ötrü məhkəməyə ərizəni Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov verib. Baş həkim ərizəsində yazıb ki, Həkim-Məsləhət Komissiyası onun "şəxsiyyətin paranoyal tip pozuntusu" diaqnozuyla xəstəlikdən əziyyət çəkməsi, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Amma məhkəmə belə nəticəyə gəlib ki, komissiyanın rəyində A.Hümbətovun iradəsinə zidd şəkildə xəstəxanada saxlanmasının hansı zərurətdən irəli gəlməsi əsaslandırılmayıb.
Hakim bu qərarı aprelin 1-də elə xəstəxanada verib. Onda A.Hümbətov iki gün idi ki, artıq orada saxlanırdı. Məhkəmə qərarında göstərilib ki, A.Hümbətov həmin vaxt xəstəxanaya Xəzər rayonu, 1-ci polis bölməsinin məktubu əsasında salınıb. Polis məktubda yazıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var.
Bu məhkəmə qərarından dərhal sonra – aprelin 1-də axşam saatlarında A.Hümbətov evinə buraxılıb. Aprelin 2-də isə Apellyasiya Məhkəməsindən sonra yenidən xəstəxanaya salınıb.
Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə üç azyaşlı uşağını dolandırdığını vurğulayan A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.
A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi. Martın 31-də isə xəstəxanaya salınmışdı.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.-0-
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz