![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/062700047508-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Hyuston alternativ enerjinin mərkəzi olmaq istəyir və Azərbaycanda layihələri dəstəkləyir
Vaşinqton/27.06.22/Turan: Hyustonda yerləşən KBR şirkəti bir həftə öncə elan edib ki, SOCAR-KBR birgə müəssisəsi BP Exploration-dan Azərbaycanda “Shah Deniz Alpha” platformasının ilkin layihəsi üçün müqavilə alıb.
Layihə karbon tullantılarının əhəmiyyətli dərəcədə azaldılmasına, platformanın əməliyyat səmərəliliyinin artırılmasına yönəlib və davamlı aşağı karbonlu gələcəyə qlobal keçid təşəbbüsü ilə əlaqədardır
“Energetikaya keçid bütün sahələri əhatə etməlidir, çünki enerjiyə qlobal tələbat artır”, - KBR-in beynəlxalq və ticarət məsələləri üzrə direktoru Kristofer Olson Vaşinqtonda brifinqdə Turan-ın müxbirinin sualını cavablandırarkən deyib.
Öz növbəsində, Greater Houston Partnership-in baş icraçı direktoru Bob Harvi hesab edir ki, iqlim dəyişikliyilə mübarizədə ictimai dəstəyi itirməmək üçün maya dəyəri ucuz alternativ enerji lazımdır.
Greater Houston Partnership tullantıların azaldılmasına yönələn alternativ enerji keçid üzrə Hyuston təşəbbüsünə başlayıb.
Putinin Ukraynaya qarşı təcavüzündən sonra aydın oldu ki, dünya həm ənənəvi enerji növlərindən, həm də karbohidrogenlərə malik düşmənçilik edən ölkələrdən asılıdır. 0
-
- Siyasət
- 26 İyun 2022 22:13
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz