Açiq mənbələrdən foto.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı: Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı 35 minə çatıb
Bakı/27.06.22/Turan: Fevralın 24-dən ötən müddətdə Rusiya qoşunlarının ümumi döyüş itkisi iyunun 27-i üçün 35 min nəfərə çatıb. Bu barədə bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Həmin müddətdə hərbi texnikada itkilər: tank ‒ 1552 ədəd, zirehli döyüş maşını ‒ 3687, artilleriya sistemi – 771, yaylım atəşi sistemi - 243, hava hücumundan müdafiə vasitələri - 101, təyyarələr – 217, vertolyot – 184, pilotsuz təyyarə - 636, qanadlı raket - 139, gəmi və kater - 14, avtomobil texnikası – 2 575, xüsusi texnika – 60 ədəd.
Ötən sutka Rusiya Silahlı Qüvvələri 150 nəfəri itirib. Ən çox itki Baxmut və Kuraxovka istiqamətində olub.
Həmin müddətdə Ukrayna tərəfdən həlak olanların sayı 10 min nəfəri ötüb. 02D
-
- Partiya sistemi
- 27 İyun 2022 12:00
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz