Noyabrın 30-da Avropa Məhkəməsi Azərbaycandan olan iddialar üzrə 10 qərarı açıqlayacaq
Noyabrın 30-da Avropa Məhkəməsi Azərbaycandan olan iddialar üzrə 10 qərarı açıqlayacaq
Bakı/24.11.23/Turan: Noyabrın 30-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan 15 ərizə üzrə 10 qərarı açıqlayacaq. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.
İşlərdən biri Ədliyyə Nazirliyinin eyni adlı daha bir partiyanın mövcud olması ilə əsaslandıraraq qeydiyyata almaqdan imtina etdiyi Xalq Cəbhəsi Partiyası ilə bağlıdır. Söhbət daha əvvəl AXCP sıralarını tərk edən Razi Nurullayevin partiyasından gedir.
Ərizəçi hesab edir ki, bu halda İnsan Hüquqları Konvensiyasının 11, 13 və 18-ci maddələrinin pozulduğunu hesab edir.
Digər bir iddiada keçmiş səhiyyə naziri Əli İnsanov həbsindən və həbs müddətindən şikayət edib.
Daha bir iddia 11 il müddətinə həbs edilmiş dini xadim Abgül Süleymanov tərəfindən verilib.
Mehmet Çelik və Faik Semih Başoğlunun Azərbaycana qarşı iddiası onların saxlanılması və Türkiyəyə deportasiyası ilə bağlıdır.
AİHM Azərbaycandan olan iddialar üzrə daha bir neçə qərarını açıqlayacaq, məhkəmənin məlumat bazasında bu işlərin təfərrüatı göstərilməyib. 16D
-
- Sənaye
- 24 Noyabr 2023 14:15
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz