Yerevanda Bakının sülh müqaviləsi imzalamağa hazır olub-olmadığını bilmirlər
Yerevanda Bakının sülh müqaviləsi imzalamağa hazır olub-olmadığını bilmirlər
Bakı/24.11.23/Turan: Azərbaycan hələlik Yerevanın təklif etdiyi prinsiplər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiq etməyib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib.
"Hələlik Azərbaycanın üç prinsip əsasında Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olub-olmadığı məlum deyil", deyə Paşinyan qeyd edib.
Bu prinsiplər Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşdə razılaşdırılıb. Xüsusən, söhbət Ermənistanın (29,8 kv. km) və Azərbaycanın (86.6 kv. km) ərazi bütövlüyünün tanınmasından gedir.
İkinci prinsip - sərhədin delimitasiyasının siyasi əsası Alma-Atı bəyannaməsi olmalıdır. Delimitasiya üçün isə SSRİ Baş Qərargahının 1974-1990-cı illərə aid xəritələrindən istifadə olunmalıdır.
Üçüncü prinsip - regional kommunikasiyalar suverenliyə hörmət və ölkələrin səlahiyyəti, habelə qarşılıqlılıq əsasında açılmalıdır.
Baş nazirin sözlərinə görə, noyabrın 30-da delimitasiya üzrə iki komissiyanın görüşündən sonra nəticə çıxarmaq olar.
Xatırladaq ki, Yerevan və Bakı noyabrın 30-da iki ölkə sərhədində Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların görüşünün keçiriləcəyini təsdiq ediblər. Görüşün konkret olaraq harada keçiriləcəyi açıqlanmayıb. İki ölkə nümayəndələrinin əvvəlki görüşləri daha çox Qazax-İcevan sərhədində keçirilib. 02D
-
- İqtisadiyyat
- 24 Noyabr 2023 16:30
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz