Avropa məhkəməsi öz qərarlarının icrası ilə bağlı vəziyyəti müzakirə edəcək
Strasburq/06.06.18/Turan: İyunun 5-7-də Avropa Şurası Nazirlər Komitəsi rüblük iclasını keçirəcək. İclasda AŞ üzvü olan ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməsi məsələsinə baxılacaq.
AŞ-dakı mənbələrdən Turan-a məlum olub ki, baxılan işlərin arasında Azərbaycandan üç iş var: Qafqaz Məmmədov (nümayişlərdə iştiraka görə həbs); İlqar Məmmədov (hakimiyyəti tənqid etdiyinə görə əsassız həbs); Mahmudov və Ağazadənin (diffamasiyada ittiham olunaraq ədalətsiz mühakimə) işləri.
AŞ ölkələri Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməlidir.
Nazirlər Komitəsi müvafiq milli hakimiyyət orqanları, QHT və digər əlaqədar tərəflərin təqdim etdikləri informasiyanın əsasında qərarların icrasına nəzarəti həyata keçirir.
Rəsmi Bakı AİHM-in bir sıra qərarlarının icrasına məhəl qoymur və bu səbəbdən Avropa konvensiyasının 46-cı maddəsi ilə prosedura başlanılıb. Bu, məhkəmə qərarını icra etmədiyinə görə Azərbaycana qarşı sanksiyanın tətbiqini nəzərdə tutur. -02D-
-
- Foto sessiyalar
- 6 İyun 2018 15:51
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz