Sədərək Ticarət Mərkəzində 60 magaza yanıb (Video - 2)
Bakı/18.02.20/Turan: Fevralın 18-də səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın saat 9.05-də söndürülüb.
Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.
Dövlət Yanğından Mühafizə İdarəsinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, yanğın bir saatadək davam edib.
“23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kvadrat metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır," o qeyd edib.
Yanğın ticarət mərkəzinin geyim mağazaları olan 8-ci sırasında baş verib. 60-dək mağaza yanıb. Mağaza sahibləri yanğına səbəb kimi elektrik naqillərində qısa qapanmanın olduğunu güman edirlər.
Yanğın zamanı 9 nəfərə hadisə yerində yardım göstərilib. Xəsarət alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. -03B-
-
- Cəmiyyət
- 18 Fevral 2020 10:23
Cəmiyyət
-
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanmasından Milli Məclisin noyabrın 25-də keçirilən iclasında da bəhs edilib. Nazirlər Kabinetinin qərarında bu hal artıq ötən ildən Ümumdünya Səhiyyə Təşkilatının başa çatdığını elan etdiyi koronovirus pandemiyası ilə izah olunsa da, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc başqa səbəb göstərib. "Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək. O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər", - o vurğulayıb.
-
Çərşənbə axşamı Baş Prokurorluq xaricdəki gəlirlərini gizlədən kənd təsərrüfatı məhsulları ixracçıları barəsində açılan yeni cinayət işləri haqqında məlumat yayıb.
-
Noyabrın 27-də Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir, bu barədə sinoptiklər məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
Rəy yaz