finans.mynet.com
Faizları aşağı səviyyədə saxlamaq lazımdır
Türk iqtisadiyyat elminin duayenlərindən biri, Cümhuriyyət Xalq Partiyasının keçmiş İstanbul millət vəkili,"Yeni çağ" qəzetinin iqtisadi məsələlər üzrə daimi şərhçisi, professor Esfender Korkmaz Mərkəzi bankın faizləri artırmasını Turan agentliyinə dəyərləndirdi:
- Son iki ayda Mərkəzi bankın ikinci dəfə faizləri artırmasının səbəbini necə izah edirsiniz? Artım gözləntilərdən yüksək oldu yoxsa normal hesab etmək olar?
- Normaldır. Çünki bazardakı vəziyyət onsuz da 26%-i keçmişdi.
- Faizlərin artırılmasının əsas olaraq "inflyasiya ilə mübarizə" məqsədi daşıdığı bildirilməkdədir.Sizcə,"mübarizəyə" nə dərəcədə kömək edəcək?
- İnflasiyaya təsirindən danışarkən,real faizləri nəzərə almaq lazımdır. Bu mənada, inflyasiyaya təsiri, iqtisadiyyatın mövcud şərtləri və iqtisadiyyata olan etimad baxımından fərqli olur.Makroiqtisadi göstəriciləri yaxşı olan iqtisadiyyatda yüksək faiz tələbin artmasını məhdudlaşdırır. Çünki yüksək real faiz varsa,istehlakın maya dəyəri də artır. Tələbdə azalma inflyasiyanı da aşağı salır. Yüksək inflyasiya şəraitində Türk lirəsindən qaçma olduğuna görə,dollara və qızıla tələb artır, məzənnədəki yüksəliş davam edir.İstehsalımız idxal edilən xammala bağlı olduğuna görə,bu vəziyyət istehsalın maya dəyərini də artırır və bütün bunların nəticəsində bazarda qiymətlər artır. Digər tərəfdən, yüksək real faizlər də istehsalın maya dəyərini artırır. İstehsal kreditlərində faizlərin 40%-lərə qədər yüksəldiyini görürük. Kreditlərdəki bu yüksək faiz miqdarları, əlbəttə ki,istehsalın maya dəyərini artıracaqdır; zəncirvari bazar strukrutu içində bu vəziyyət inflyasida da öz əksini tapacaqdır.
- Prezident Erdoğan yenə də "faizlərin aşağı səviyyədə saxlanılmasının" lüzumunu vurğuladı.Sizcə, bu mübahisə haraya qədər davam edəcək?
- Londondakı çıxışına qarşı sərmayə sahiblərinin göstərdikləri reaksiya və Türkiyədə Mərkəzi bankın qəbul etdiyi qərarlar hörmətli Erdoğanın o tezinin səthi səviyyədə qaldığını sübut etdi.
- Valyuta bazarı və İstanbul Birjası (BİST-100) qısa müddət də olsa, Mərkəzi bankın faizləri artırmasına müsbət reaksiya verdi.Bu tablo davam edərmi yoxsa böyük miqdardakı xarici borclar valyuta məzənnəsini yenidən yüksəldərmi?
- Mərkəzi bankın qərarından sonra valyuta məzənnəsi aşağı düşdü. Faiz artımının məzənnə üzərindəki təsiri bir müddət davam etsə də uzun müddətli olmaz. Çünki:
Nominal faiz artırılmışdır.Mühüm olan məsələ isə- real faizlərdir. Bu ilin axırında İstehlakçı Qiymət İndeksi (TÜFE) 24% olar və real faiz 0-a düşər. Bu arada faizlərdə yeni bir artım olmasa, işin əvvəlinə qayıtmış olacağıq.
Hal-hazırda 32 günlük möhlətə 27.5%-ə qədər pul verən banklar var.
Dünən 5 illik aksiyalar 26%-ə yaxınlaşmışdı.
Bəzi bankların xaricdəki aksiyalarının qiymətlərinin yarıbayarı azaldığını bilirik.
Əgər xarici siyasətdə bir şok yaşamasaq, bu şərtlərdə faizlərin artımının 2 və ya 3 ay təsiri ola bilər.
- 2016-cı ilin fevralında Varlıq Fondu yaradılanda verdiyiniz ilk açıqlamada şübhələrinizi bildirmiş, 3 ay əvvəlki analizlərinizdə isə Fondun heç bir iş görmədiyini demişdiniz.Varlıq Fondunun idarəçiliyinə prezident ilə xəzinə və maliyyə nazirinin gəlməsini necə qiymətləndirirsiniz? Bu addım Türkiyənin xaricdən kredit alma imkanını gücləndirə bilərmi?
- Bir ölkədə Varlıq Fondu neft gəlirlərindən artıq qalan və ya xarici ticarət balansında ixracat rəqəmlərinin yüksək olmasından artan pullarla yaradılır. Türkiyədə dövlət şirkətləri birlışdirilərək Varlıq Fondu qurulmuşdur- dünyada bunun örnəyinə çox rast gəlinmir. Bu günə qədər bu şəkildə quurlan heç bir fond bazarı təmin etməyib.Ona görə də bu sahədə müxtəlif məzmunlu şərhlər verilir. Türkiyədəki Varlıq Fondu - dövlətin açıq və şəffaf olması prinsipinə ziddir.
-
- Foto sessiyalar
- 15 Sentyabr 2018 21:10
-
- Cəmiyyət
- 17 Sentyabr 2018 10:43
Böyük Şərq
-
Milli Kəşfiyyat Təşkilatı başqanının ana müxalifət partiyası liderinə brifinq vermək məqsədilə Cümhuriyyət Xalq Partiyasının baş qərargahına getməsi, Türkiyə dövlət idarəçiliyi ənənəsinin güclənməsinə xidmət edən bir addımdır. Bu, 14 may 1950-ci ildə keçirilən seçkilərdə hakimiyyətin demokratik yolla dəyişməsindən sonra formalaşmış və geri dönülməsi mümkün olmayan bir təmayülün konkret addımla dəstəklənməsidir.
-
Rusiya xarici işlər naziri Sergey Lavrovun 2017-ci ilin yanvarında yaratdığı və Suriya problemini həll etməyi qarşısına məqsəd qoyan “Astana prosesi” indiyə qədər 21 zirvə toplantısı keçirib. Türkiyə, İran və Rusiyanın iştirak etdiyi bu prosesin 11-12 noyabrda Astanada keçirilən son iclasının əvvəlkilərdən fərqi, Dəməşq rejimi nümayəndələrinin və müxalifət təmsilçilərinin də dəvət edilməsi olmuşdur. Uzun müddət yavaş irəliləyən bu prosesin birdən-birə Dəməşq rejimi və müxalifət nümayəndələrini iclasa dəvət etməsində Ankaranın rolu var. Ankara rəsmi Dəməşq ilə münasibətləri təxminən bir ildir normallaşdırmağa çalışsa da, bütün cəhdlər nəticəsiz qalmışdı və ümidlər “Astana prosesi”nə yönəldi.
-
ABŞ tarixində məğlub olduqdan sonra ikinci dəfə geri qayıtmağa müvəffəq olmuş yeganə şəxs Donald Trumpın qələbə xəbəri qətiləşincə, Türkiyə dövlət başçısının böyük kürəkəni Berat Albayrakın adı yenidən gündəmi ciddi şəkildə məşğul etdi.
-
“Dostlar alverdə görsün” — deyə Şanxaydan vurub BRİCS-dən çıxandan sonra “kürd problemi”nin həllini gündəmin ən üst sırasına daşımaq hansı zərurətdən irəli gəldi? Bu məsələdə güzəşti ağlından belə keçirməyən Türk milliyyətçilərinin lideri Devlet Bahçelinin terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısını Türkiyə Böyük Millət Məclisində danışmağa və təşkilatı “silahı yerə qoymağa” dəvət etməsi, xeyr, daşları yerindən oynatmadı.
Rəy yaz