Rövşanə Rəhimli: Tural Mustafayevin tez-tez aqressivləşməsi ayrılmağımıza gətirib çıxardı
”Tural Mustafayevlə nişanım onun psixoloji problemləri səbəbindən pozulub”. Bu barədə Turana özünü öldürmə həddinə çatdırmada təqsirli bilinərək həbs edilən jurnalist Xədicə İsmayılı ittiham edən Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli deyib
R.Rəhimli Meydan TV-yə verdiyi açıqlamasını təsdiqləyərək deyib ki, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb.
Onun sözlərinə görə Tural Mustafayev Maştağadakı 1 saylı ruhi xəstələr üçün nəzərdə tutulmuş dispanserdə müalicə alıb.
Bununla belə o ətraflı danışa bilmədiyini deyib.
“Bu iş üzrə istintaq gedir. Şahid olduğum üçün iltizama imza atmışam. İstintaqın gedişi barədə heç nə deyə bilmərəm”, o bildirib.
Öz növbəsində Tural Mustafayevin özü iddia edir ki, onun haqlı olduğunu sübut edən çoxlu sübutlar var. O öz facebook səhifəsində yazıb ki, çoxlu audio materiallar və smslər var ki, bu yaxınlarda açıqlayacaq və çoxlarına da olacaq.
Səbael rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.
Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Axtarış nəticəsində 50 Disk götürülüb.
Öz növbəsində Xədicə İsmayıl həbsini özünün jurnalist fəaliyyəti ilə əlaqələndirir. -16D-
-
- Mədəniyyət
- 8 Dekabr 2014 12:52
-
- Siyasət
- 8 Dekabr 2014 13:21
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz