Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

FED martın 31-də əcnəbi ölkələrin barter yoluyla (swap)  dollar ala bilməsi üçün yeni bir addım ataraq Türkyəni də siyahıya daxil etdi (Reuters) Virus epidemiyasının dünya iqtisadiyyatını  yavaşlatması dollara  təcili ehtiyacı olan ölkələri çətin vəziyyətdə qoydu.

Bunu nəzərə alan FED əlində ABŞ xəzinəsinin istiqrazı olan ölkələrə o miqdarda dollardan istifadə etmə imkanı verdi.Daha əvvəl bu imkan başda Çin olmaqla ( əlində 1 trilyon dollarlıq ABŞ Xəzinəsi istiqrazı var) inkişaf etmiş və etməkdə olan ölkələrin Mərkəzi bankları ilə swap  xətti quraraq onlara verilmişdi.

FED-in  bu proqramına aprelin 6-dan Türkiyə də daxil edilib.Ancaq Türkyə üçün ən böyük problem-əlindəki ABŞ Xəzinə istiqrarının 2.8 milyard dollar olmasıdır.

Zira son illərdə   yaşanan silsilə gərginliklərdə  Ankara Washingtonun  təzyiq və tələblərinə əlindəki istiqrazları satmaqla cavab vermiş,nətcədə 6 ildə istiqrazların miqdarı 77 milyard dollardan 2.8 milyard dollara düşmüşdür.

 

Türkiyənin hal-hazırkı daxili və xarici borcu 500 milyard dollar olub uzun müddətli infrastruktur layihələri üçün Xəzinənin ödədiyi qəti təminatlı dollar kreditləri mövcuddur.

FED-in açdığı xətdən ehtiyac qədər dollar çəkilə bilməzsə,daxildəki  (Covid-19) və xaricdəki  (Əsəd,Haftar)  düşmənlərə qarşı mübarizədə pul hardan tapılacaq, qəti təminatlı  kreditlər necə ödəniləcək? Mütəxəssislər və müxalifət partiyaları hökumətə uzun  müddətl  qəti təminatlı borcların qaytarılmasının təxirə salınmasını,yeni layihələr üçün tenderlər keçirilməməsini  tövsyyə  etməklə yanaşı,imkanların  hamısının virusla mübarizəyə,bazarın canlı tutulmasına və  əməkçilərin  maddi baxımdan konkret şəkildə dəstəklənməsinə sərf  edilməsini tələb edirlər.

”Bir millət iki dövlət”in Azərbaycan  tərəfini yenə örnək alan hökumət isə vətəndaşlardan pul      toplamaq yolunu seçib (“Cumhuriyet”dən Mustafa Balbayın da yazdığı kimi “Dövlət vətəndaşların birbaşa edə biləcəyi yardımlara əl qoyaraq deyir ki,sən pulu mənə ver,kənarda dur”- deyir.

Aprelin 1-də elan edildiyinə görə,yardım kampaniyasında təxminən 100 milyon dollar toplanılıb.”Sözcü”dən Necati Doğru yazır ki,gündə təxminən 450 milyon dollar vergi toplayan dövlət üçün gündə10-15 milyon dollarlıq yardımların nə dərəcədə faydalı olacaq?) İndik vəziyyətdə  vətəndaşların birinci dərəcədə istədikləri şeylər-birbaşa nəğd yardımı və bazarın diri saxlanmasıdır.Bu işin öhdəsndən isə bazarda tədavüldə olan mövcud əskinas kütləsiylə gəlmək mümkün deyildir.

”Pul genişləməsi” siyasətinə ehtiyac vardır.Bunun loru dildəki adı “Yeni əskinaslar çap etmək” olub,Mərkəzi Bankın pul siyasətinə birbaşa müdaxilə edən və hətta Bank prezidentinin vəzifə müddətinin başa çatmasını gözləmədən onu istefaya məcbur edən prezident  Erdoğan  bunu  istəmir.Çünki bazara mühüm miqdarda yeni əskinas çıxarılması üçün Mərkəzi Bankda heç 1/5  qədər valyuta ehtiyatı yoxdur.

Valyuta qarşılığı olmayan əskinasların  tədavülə çıxarılması “inflyasiyaçı təzyiq”in sobasına odun daşımaqdır ki, cənab Erdoğan bundan uzaq durmağa çalışır.Elə isə bazar təkidlə “Pul genişləməsi” siyasətinin tətbiqini istəsə,cənab Erdoğan öz inadını davam etdirə biləcəkmi?

Bundan başqa çarə görünməsə,yəqin ki,qəbul  edəcək. “İnflyasiyaçı təzyiq” öz işini görməyə başlayarsa,onun da öhdəsindən gəlməyin yolu tapılıb: sovet vaxtının metodları tətbiq edilərək aylıq və  illik inflyasiyanın səvyyələri aşağı göstəriləcək,   bazardakı real qiymətlər Statistika qurumunun hesabatlarında öz əksini tapmayacaq.Ancaq burada təhlükə doğuran məsələ-bazarın tələb edəcəyi yeni əskinasın miqdarı olacaqdır.Yüksək olsa,işlər qarışa bilər.

Türkiyə bu sıxıntıları  dövlət         xərclərini öz   imkanından çox-çox  yuxarı səviyyələrə çıxardığına  görə yaşayır.”Bir millət iki dövlət” prinsipini yerinə yetirməyin şərtlərindən biri də bəlkə bu imiş: dövlətin xərclərini gərəksiz yerə astronomik səviyyəyə çıxarmaq.

Bu virus o xərcləri minimizə etməyə  “vasitəçi”  olacaqmı?

Üzərində durularaq həyata keçirilməsi lazım olan birinci prinsip  də bu olmamalıdırmı?

Mayis Əlizadə

Rəy yaz

Dünyada

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti