Zuqulba. Foto Turan

Zuqulba. Foto Turan

Bakını qərq etməkdə olan miqyaslı daşqın ərəfəsində Buzovna qəsəbəsində narahatedici hadisə baş verdi, Lada Priora avtomobili qarşısındakı yolu dağıdaraq sanki yerin altına girdi. Sürücü möcüzəvi şəkildə sağ qaldı, lakin ədalətə nail olacağına and içdi və "Azərsu" ASC-dən - dərin kök salmış  korrupsiya ilə tez-tez assosiasiya olunan dövlət su təchizatı və kanalizasiya şirkətindən prokurorluğa rəsmi şikayət verəcəyini vəd etdi.

Hadisə yerinə gələndə vəziyyətin ciddiliyini görməmək mümkün deyildi. Sürücüləri potensial təhlükə barədə xəbərdar etməli olan “Azərsu” işçiləri çökmüş ərazini qırmızı- ağ- zolaqlı lentlərlə tələsik hasarlayaraq qazıntı ilə məşğul idilər. Ancaq yerli sakinlər çox yaxşı bilirlər ki, bu yer ilk dəfə çökmür. Faktiki olaraq, son yarım ildə bu yer standart yolu təhlükəli tələyə çevirərək dəfələrlə avtomobilləri məhv edib. “Azərsu” qətiyyətli addım atmaq əvəzinə, öz gələcək qurbanını gözləyən növbəti fəlakəti hazırlamaqla ortağa çevrilib.

Bu yer KİV-də daimi işıqlandırma mövzusu olub, Azərbaycanın müstəqil Turan İnformasiya Agentliyi isə bu dağılmış yolların altında basdırılmış qanunsuz, korrupsiyalaşmış kanalizasiya xəttindən bəhs edən silsilə məqalələr dərc edib. Uzunluğu iki kilometrdən çox olan kanalizasiya xətti ciddi qanun pozuntusu ilə çəkilib və mənbələrə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qanunsuz sifariş verilib. Yalnız Turan-ın araşdırmasından sonra yanvarda -tikintinin başlanmasından bir neçə ay sonra rəsmi sənədləşmə üzrə çıxıb.

Şəffaflıq barədə xahişlər çaşqınlıqla qarşılanıb. Turan Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin tələb etdiyi kimi, kanalizasiya xəttinə dair ictimai sənədləri istədikdə, onlara dəfələrlə mane olublar. Xəzər Rayon İcra Hakimiyyəti etiraf edib ki, layihə onların ofisi tərəfindən təqdir edilməyib, lakin şokedici hal ki, onun qarşısını almaq üçün heç nə etməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər də diqqətdən kənarda qalıb. Kulis arxasında ətalət və əlbir qüvvələr üstünlük təşkil edərək qanunsuz infrastruktur layihəsinin ictimai təhlükəyə çevrilməsinə imkan veriblər.

İndi bu fəaliyyətsizliyin nəticələri ağrılı şəkildə bəlli olur. Buzovna ətrafındakı ərazidə bədbəxt hadisələr baş alıb gedir - çirkab suları küçələrə axır, torpaq ayağının  altından qaçır,  yolun bütün hissələri isə yararsız hala düşür. Yolun iki kilometrdən çox hissəsi tələm-tələsik düzəlişlərdən ibarət yamaqlı ədyaldan başqa bir şey deyil və bunların heç biri ilkin səbəbi aradan qaldırmır. Hökumətə müraciətlər cavabsız qalıb və yerli sakinlər onları qorumalı olan qurumlar tərəfindən yaradılmış təhlükəli mühitdə özləri-özlərinin qayğısına qalmağa məcburdur.

Buzovnadakı vəziyyət unikal deyil. Uzun İllərdir çirkab suları prezident iqamətgahının yanında, Zaqulbanın toxunulmamış sahilləri də daxil olmaqla, yaxınlıqdakı çimərlik zonalarını əhatə edən sulara maneəsiz olaraq axıb. Dəfələrlə məqalələrin yazılmasına, şikayətlərə və fəaliyyətlə bağlı açıq çağırışlara baxmayaraq, heç bir şey dəyişməyib. Çirkab suları Buzovna və Zagulba kimi ictimai çimərliklərə axmağa davam edir, bir vaxtlar ailələrin çimdikləri və turistlərin toplaşdığı suları çirkləndirir.

Elementar sanitariya normalarına əməl edilməməsi kanalizasiya çərçivəsindən kənara çıxır. Yayda zibil çox vaxt sahibsiz mal-qaranın gəzdiyi ictimai çimərliklərdə asanlıqla yayılır. Mən şəxsən çimərliklərin təmizlənməsilə məşğul oldum, zibilləri kisələrə yığdım və yerli hakimiyyət orqanlarına zəng elədim ki, gəlib onları aparsınlar. Onlar gəlib mənim yığdıqlarımı götürsələr də, problem qalır - davamlı laqeydlik tsikli.

Bilgəh çimərliyində də oxşar mənzərə yaranıb. Mənim təmizliklə bağlı səylərimdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayraqları dalğalandıran uşaqlarin, konsertlərin və zibilin yığılmasına dair fotosessiyanın olduğu geniş fleşmob təşkil etdi. Ancaq oktyabrın əvvəlində, çimərlik mövsümü sona çatdıqda, mən yenə getdim və zibillə örtülmüş sahili gördüm. Başqa bir fləşmob keçirilirdi - bu dəfə qarşıdakı COP 29 konfransına hazırlaşan məmurların maraqları naminə.

Son aylarda ekoloji cərimələr artıb. Görünür, onlar çirklənmə ilə mübarizə aparmaq üçün nəzərdə tutulub, lakin real həlldən daha çox performans jesti kimi görünürlər. Hökumətin ekoloji problemlərə yanaşması- və ümumilikdə idarəetmə - qabaqlayıcı tədbirlərə yox, cavab modelinə uygundur. Bizim hakimiyyətimiz İcra Hakimiyyətidir, Təşəbbüs yox. Onlar ancaq göstəriş veriləndə hərəkət edirlər və göstəriş verilmədikdə heç bir şey etmirlər. Ən yaxşı ssenari cəld düzəlişlərdən ibarət yamaqlı ədyaldır. Ən pisi? Fləşmoblar şleyfi, ardından antropogen daşqınlar və fəlakətlər.

Azərbaycanda həm ardıcıl strategiyaya, həm də landşaftın və ətraf mühitin qorunmasına mədəni bağlılıq çatışmır ki, bunlar  təcili şəkildə zəruridir. Buzovnada korrupsiya üst səviyyədədir - həm hərfi, həm də fiqural mənada - genişlənməyə davam edir və avtomobildən daha çox şey udmaqla hədələyir. Bu, qorumalı olan institutların bunun əvəzinə gözlərini yumduğu, özlərinin yaratdıqları xaosda ictimaiyyətin batmasına imkan yaratdığı vəziyyətdə nələrin baş verdiyi barədə xəbərdarlıqdır.


Əvvəlki məqalələr:

Azərbaycanda sahil böhranı: Zaqulba-Buzovna çimərliklərində çirkab sularının gizli axıdılması

Azərbaycan Milli Mətbuat Gününü kanalizasiya fontanı ilə qeyd edir

Ekoloji problemlər fonunda çimərlik istirahətinin standartlarını təkmilləşdirmək mümkündürmü?

Azərbaycanda ekoloji böhran: kanalizasiya qalmaqalları və dövlət qurumlarının fəaliyyətsizliyi

Korrupsiya kanalizasiyası

Sükut çox şeydən xəbər verir: Azərbaycanın şəffaflıq və hesabatlılıqla mübarizəsi

Azərbaycan çimərlikləri "Mavi bayraq" qaldıracaqmı?

Buzovnada qanunsuz su kəmərinin inşası sürətlə gedir

"Əxlaqazidd" boru kəmərinin tikintisi dayandırılıb

Turan agentliyinin "Azərsu"ya qarşı üçüncü məhkəmə iddiası

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti