Rüstəm İsmayılbəyli
Baş Prokurorluq daha bir fəala xəbərdarlıq edib
Bakı/04.08.22/Turan: Avqustun 4-də ictimai fəal Rüstəm İsmayılbəyli Baş Prokurorluğa çağırılıb və ona xəbərdarlıq edilib.
"Atatürkdən gətirdiyim sitata görə dindirildim. Dünənki bir yazımda "xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir" deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım. Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb", - İsmayılbəyli deyib.
O, xəbərdarlığı əsassız sayır. Digər tərəfdən, Azərbaycanı müharibəni başladan tərəf hesab etmir.
"Yazıda hansı tərəfin müharibə başlatdığını qeyd etməmişdim", - - İsmayılbəyli Turan agentliyinə deyib. Onun sözlərinə görə,
“Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən ona xəbərdarlıq edildi.
Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb. 21B
-
- Siyasət
- 4 Avqust 2022 15:05
-
- İqtisadiyyat
- 4 Avqust 2022 15:11
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz