Photo TURAN.
ABŞ Bakı və Yerevan arasında sülh danışıqlarında fəal iştirak etdiyini bildirib
Vaşinqton/29.09.22/Turan: ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə "bir çox kanallar"la dərindən cəlb edilib.
“Biz tərəflər arasında gərginliyin səngiməsi üçün bir neçə səviyyədə, bir neçə kanalla qarşılıqlı fəaliyyət göstəririk”, - Dövlət Departamentinin nümayəndəsi Ned Prays çərşənbə günü mətbuat üçün brifinq zamanı bildirib.
Praysın şərhi Turan-ın müxbirinin “Çərşənbə axşamı milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Hikmət Hacıyev və Armen Qriqoryanla görüşü bundan öncə Nyu-Yorkda Entoni Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə başlanmış prosesin tərkib hissəsidirmi” sualına cavab olaraq səslənib.
Prays deyib ki, Ağ Evdə Hacıyev və Qriqoryanın görüşü milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilib. Öz növbəsində dövlət katibi Blinken Xarici İşlər nazirliklərindən olan həmkarları ilə danışıqlar aparıb. Katib həmçinin Ermənistan və Azərbaycanla liderlər səviyyəsində də qarşılıqlı əlaqə yaradıb.
Səfir Filip Rikerə gəlincə, o, "erməni və azərbaycanlı tərəfləri ilə fəal əlaqə saxlayıb", - Prays əlavə edib.
“Əlbəttə, keçən həftə o, Nyu-Yorkda bizimlə, dövlət katibi ilə birlikdə idi. O, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə üçtərəfli görüşümüzdə iştirak edib. Bu yaxınlarda o, Cənubi Qafqazda olub, yüksək vəzifəli şəxslərlə şəxsən görüşüb. Beləliklə, o, prosesə dərindən qarışıb”, – Prays bildirib.
Siyasət
-
Qazaxıstan tərəfi AZAL-ın dekabrın 25-də Aktauda qəzaya uğramış təyyarəsinin 5 ekipaj üzvü daxil olmaqla, təyyarədə olan 67 nəfərin vətəndaşlığı haqqında məlumatları dərc edib. Qəza zamanı 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
-
Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Rail Abbasovun işi üzrə prosesində vəkil Elçin Sadıqov son sözlə çıxış edib.
-
İstintaq getdiyi bir vaxtda Aktau yaxınlığındakı aviaqəzanın səbəbləri ilə bağlı fərziyyələr irəli sürmək doğru deyil, bu barədə cümə axşamı RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
-
Fransanın Bakıdakı səfirliyi dekabrın 26-da milli matəm günündə Azərbaycanla həmrəylik əlaməti olaraq Avropa İttifaqı və Fransa bayraqlarını endirib. Bu barədə Fransa səfirliyinin X sosial şəbəkəsindəki hesabında yer alan məlumatda bildirilir.
Təyyarə qəzası: Qəza, yoxsa təxribat? – İlham İsmayıl Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:23
- 134
Rəy yaz