President Joe Biden speaks during a Summit for Democracy virtual plenary in the South Court Auditorium on the White House campus, Wednesday, March 29, 2023, in Washington. (AP Photo/Patrick Semansky)
ABŞ demokratiyanın sağlamlığına nikbin baxır və onu möhkəmləndirmək üçün yeni vasitələr vəd edir
Bakı/30.03.23/Turan: Çərşənbə günü prezident Co Bayden ikinci Demokratiya sammitini nikbin proqnozla açaraq bildirib ki, liderlər uzun illər demokratik institutların geri çəkilməsinin qarşısının alınmasında "vəziyyəti dəyişdiriblər” və gələn il bütün dünyada demokratik proqramların aktivləşməsi üçün 690 milyon dollar ayrılacağını vəd edib, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.
"Vəziyyəti dəyişdirəcəyik. Bu gün qürurla deyə bilərik ki, dünyada demokratiyaları zəifləmir, güclənir... Avtokratiyalar isə zəifləyir, güclənmir. Bu, bizim səylərimizin birbaşa nəticəsidir", - Bayden deyib.
"Tez - tez dediyimiz kimi, tarixin dönüş nöqtəsindəyik, bu gün qəbul edilən qərarlar, şübhəsiz ki, növbəti bir neçə onillikdə dünyadakı hadisələrin gedişatına təsir edəcək", - o əlavə edib.
Ağ Ev işarə edib ki, Vaşinqton "texnologiyanın demokratiyaya qarşı yox, onun üçün işləməsini" istəyir. O həmçinin insan hüquqlarının və transmilli kiberhücum təhlükəsilə üzləşən fəal qruplarının müdafiəsi üzrə iş məqsədilə ABŞ-ın kibertəhlükəsizlik və infrastruktur təhlükəsizliyi Agentliyinin doqquz digər ölkə ilə əməkdaşlıq etmək planlarını elan edib.
Böyük Britaniya Avstraliya, Kanada, Danimarka, Estoniya, Fransa, Yaponiya, Yeni Zelandiya və Norveçlə birlikdə layihənin rəhbərlərindən biridir.
Həmin gün Yunanıstanın Milli Günü münasibətilə Ağ Evdəki qəbulda çıxış edən Bayden deyib ki, tarix boyu "hər nəsil bu dəyərləri demokratiyanın düşmənlərindən müdafiə etməli və qorumalıdır".
"Demokratiyada avtomatik heç nə yoxdur...Və biz bunu İkinci Dünya Müharibəsi zamanı Yunanıstan və Birləşmiş Ştatların faşizmlə mübarizə apararkən gördük. Biz bunu soyuq müharibə dövründə, xalqımız kommunizmə qalib gəlmək üçün bir araya gəldiyində gördük. Baxın, uzun illər əvvəl Yunanıstan və Amerika vətənpərvərlərinin uğrunda mübarizə apardığı eyni dəyərlər: azadlıq, ləyaqət, demokratiya uğrunda bu gün də Ukraynanın cəsur xalqı mübarizə aparır və xalqlarımız bu mübarizəni dəstəkləmək üçün birləşir” - Bayden deyib. 0
Siyasət
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
Rəy yaz