Samirə Qasımlı
Red Line Channel İnternet-TV öz yayımını müvəqqəti dayandırıb
Bakı/05.05.23/Turan: İctimai-siyasi mövzularda proqramlar hazırlayan Red Line Channel İnternet resursu (https://www.youtube.com/@RLCaz) mayın 5-dən yayımını müvəqqəti dayandırıb. Bu barədə Turan-a kanalın baş redaktoru Samirə Qasımlı bildirib.
Onun sözlərinə görə, bir neçə gün öncə RLC-in icarəyə götürdüyü yerin sahibi oranın boşaldılmasını tələb edib.
Binanın sahibi deyib ki, hansısa dövlət qurumu binadakı qəzalı vəziyyətlə əlaqədar RLC-nin oradan çıxarılmasını tələb edib.
Halbuki ki, bu binada 3 saylı dövlət poliklinikası və yaşayış mənzilləri də yerləşir.
“Son üç ayda biz yeni formata keçid - gündəlik xəbərlərə, ölkədə baş verən son hadisələrin operativ təhlililə canlı yayımlara keçid üzərində işləyirik.
Mətbuat azadlığının boğulduğu bir ölkədə müstəqil medianın mövcudluğu üçün maliyyə mənbələri tapmaq çox çətindir. Odur ki, RLC izləyicilərdən maliyyələşmə almaq modelinə keçmək qərarına gəldi. Ancaq vətəndaşlardan ianə almağımız hökumət üçün qırmızı xətt oldu. Müstəqil fəaliyyətin həyata keçirilməsi və maliyyə müstəqilliyi rəsmi təbliğatı təkzib etməyə imkan verir, həmçinin arzuolunmaz presedentlər yaradır. Məhz yeni formata keçdikdən sonra RLC - dən binanı tərk etmək tələb olunub", - Qasımlı deyib.
O qeyd edib ki, bundan öncə də kanal öz proqramlarına görə ofisindən məhrum edilib. "Mart ayında bizim Facebook səhifəmizə haker hücumu oldu və bütün materiallar silindi. Onların bəzisi yüz minlərlə baxış toplamışdı", - o deyib.
RLS 2019-cu ildən fəaliyyət göstərir. Təsisçi və baş redaktor Samirə Qasımlıdır. Televiziya siyasi-analitik proqramlarıyla tanınır.03B06
-
- Siyasət
- 5 May 2023 15:34
Cəmiyyət
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
-
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində 4.8, 3 və 3.8 maqnitudalı zəlzələlər baş verib, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Rəy yaz