Açiq mənbələrdən foto.
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı Qubad İbadoğlunu azad etməyə çağırır
Bakı/08.08.23/Turan: İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və digər hüquq müdafiə təşkilatları Azərbaycanda vətəndaş fəalı və iqtisadçı alim Qubad İbadoğlunun üzləşdiyi həbs, saxlanma və ağır həbs şəraitindən dərin narahatdır.
İbadoğlu uzun illər Azərbaycanda demokratik prinsiplərin, sosial-iqtisadi tərəqqinin tərəfdarı olub.
O, 2014-cü ildə hökumət zorla qapadana qədər dövlət maliyyə idarəçiliyi sahəsində, düzgün idarəetmə və büdcə şəffaflığı ilə bağlı araşdırma aparan İqtisadi Tədqiqatlar Mərkəzi qeyri-hökümət təşkilatının aparıcı siması olub, deyə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının bəyanatında qeyd edilir.
Akademik təhsilini təkmilləşdirmək istəyi onu ABŞ və Avropanın qabaqcıl universitetlərində mühazirəçi olmağa vadar etdi və bu yaxınlarda O, London İqtisadiyyat Məktəbində dəvət edilən elmi işçi olub.
Qubad İbadoğlu həm də Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir.
“Biz təcili olaraq Azərbaycan hakimiyyətini Qubad İbadoğlu və İradə Bayramovanın saxlanılması və həbsi ilə bağlı müstəqil, qərəzsiz araşdırma aparmağa çağırırıq. Biz Qubad İbadoğluna qarşı ittihamların saxta olduğuna və siyasi motivlərlə irəli sürüldüyünə əmin olduğumuz üçün onun dərhal azadlığa buraxılmasını tələb edirik. Bundan əlavə Qubad İbadoğlunun saxlanma şəraitinin ağır olmasından da narahatıq. Ailəsi onun 2-ci dərəcəli şəkərli diabetdən, ürək xəstəliyindən və görmə qabiliyyətinin zəif olmasından əziyyət çəkdiyini, həbs olunduqdan sonra müalicə üçün lazım olan dərman preparatları, düzgün qidalanma, təmiz içməli su əldə etməkdə çətinlik çəkdiyini bildirib. Onun kamerasında hava sirkulyasiyası, təbii işıq və lazımi sanitar şərait yoxdur”, - deyə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının byanatında qeyd edilir.
Qeyd etmək lazımdır ki, həddindən artıq güc tətbiqi, pis rəftar, tibbi yardımdan imtina və pis saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan rəftardır ki, bu həm Azərbaycan qanunvericiliyi, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları müqavilələri ilə qəti qadağandır, deyə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı xatırladır.
Bəyanatda həmçinin Qubad İbadoğlunun vəkili ilə görüşündə üzləşdiyi maneələri də vurğulanıb.
İyulun 26-da vəkillə görüşə icazə verilməyib, 27-də isə müstəntiq iştirak etdiyi üçün müdafiəçi ilə təkbətək görüşə bilməyib.
Bundan əlavə, görüş zamanı İbadoğlunun əlləri qandallı qalmağa məcbur olub və ona optik eynəkdən istifadəyə icazə verilməyib.
İbadoğlunun vəkili ilə görüşlərini monitorinq etmək, izləmək və dinləməklə hakimiyyət açıq ünsiyyətə mane olub və onun həbsdə olarkən məruz qaldığı mümkün fiziki və psixoloji zorakılıqları sənədləşdirməsinə mane olub, deyə daha sonra İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının bəyanatında deyilir.
“London İqtisadiyyat Məktəbində dəvət edilən iqtisadiyyat tədqiqatçısı və vətəndaş fəalı kimi İbadoğlu işini görürdü və ictimai müzakirəyə müdafiə edilməli töhfə verirdi, ona qarşı hər hansı ittiham siyasi motivli olmamalıdır. Azərbaycan hakimiyyəti ifadə azadlığı hüququna hörmət etməli və onu qorumalı, ona öz fikrini və tənqidini təzyiq və ya təqibdən qorxmadan sərbəst ifadə etməsinə imkan verməlidir. Biz bu çətin dövrdə Qubad İbadoğlu, İradə Bayramova və onların ailəsi ilə həmrəyik və ədalətin bərqərar olması və insan hüquqlarının qorunması üçün bundan sonra da əlimizdən gələni edəcəyik” deyə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının bəyanatının sonunda qeyd edilib.
Bəyanatı həmçinin beynəlxalq hüquq müdafiə təşkilatları "Human Rights Watch" və "Human Rights House Foundation" da imzalayıb. 16В
-
- Böyük Şərq
- 8 Avqust 2023 16:36
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz