Senator Chris Van Hollen
Amerikalı senatorlar Qubad İbadoğlunun müdafiəsinə qalxıblar
Bakı/09.08.23/Turan: Müxalifətçi siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun həbsi ABŞ Senatında da reaksiyaya səbəb olub.
“Azərbaycanda demokratik fəallara hücumlar qəbuledilməzdir. Biz hakimiyyətə təzyiq göstərmək üçün daha çox çalışmalıyıq. İlham Əliyev siyasi dissidentlərə təzyiqi dayandırmalı və Qubad İbadoğlu da daxil olmaqla, belə siyasi məhbusları azad etməlidir", - senator Kris Van Hollen bildirib.
ABŞ senatoru Bob Menendes də İbadoğlunu azad etməyə çağırıb.
"Mən bu müxalifətçinin həbsindən narahatam və onunla bağlı vəziyyəti izləyirəm", - Menendes Tvitterdə yazıb. O, ABŞ Dövlət Departamentini Azərbaycan hökumətilə bütün əlaqələrdə İbadoğlunun azad edilməsini prioritet məsələ kimi qoymağa çağırıb.
Bundan öncə konqresmen Kris Smit İbadoğlunu azad etməyə çağırıb.
* Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Bazar ertəsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb. Məhkəmə onu 4 ay müddətinə həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.
**İyunda İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.
Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.16В
-
- Cəmiyyət
- 9 Avqust 2023 11:03
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
-
Dövlət başçısının sərəncamı ilə Vüsal Aslanov "Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
-
Narkotik maddə işi üzrə mühakimə olunmuş fəal İlhamiz Quliyev Umbakıdakı penitensiar kompleksdə saxlanma şəraitinin pis olmasından şikayət edib. Bu barədə Turan-a onun yaxınları bildiriblər.
-
Səkkiz dron Kazan şəhərinə hücum edərək sənaye müəssisəsini və yaşayış binalarını hədəfə aldı. Bu nadir hadisə Ukrayna ilə Rusiya arasındakı gərgin münaqişənin artmaqda olduğunu vurğulayır. Rəsmi məlumatlara görə, hələlik tələfat haqqında məlumat yoxdur.
Rəy yaz